Köşə
Amerikanın qara hoqqası
Leyla Sarabi
Yenə cüməmiz qara gəldi. Bu müqəddəs gündə də rahat nəfəs ala bilmədik. Yenə səpələnəcəyik şəhərin mağazalarına, ətəklərə, çalmalara, çəpkənlərə ətək-ətək pullar töküb, içimizdəki şopoqoliki ovutmağa çalışacağıq. Sonra da gah yarı qiymətə aldığımız əski parçalarına baxıb sevinəcəyik, gah da qapqara ciblərimizin üzünə ağlayacağıq.
Yəqin, Qara Cümədən çoxunuz halisiniz. Bəs amerikalıların qara hoqqası barədə ətraflı məlumatınız varmı?
Onda yaxın gəlin. Bayram əhvalı gətirən bu möhtəşəm günün tarixi əhəmiyyətini, özəlliklərini birgə araşdıraq, hətta alış-veriş həvəskarlarına bir neçə tövsiyə də təqdim edəcəm.
Əslində Qara Cümə heç də adı kimi qara deyil. Hətta tam əksinə, ilin ən əlamətdar günü hesab olunur. Bu elə rəngarəng gündür ki, bütün mağazalarda əşyalar topdan qiymətlərlə satışa qoyulur. İlin digər günləri bu hal bir daha təkrarlanmır. Kimlər üçünsə Qara Cümə çoxdan almaq istədiyi bahalı əşyalara ucuz qiymətə qovuşmaq, digərləri üçünsə brend markaların geyimlərini maya dəyərinə alıb, internet auksionlarında yüksək məbləğə satmaq üçün bir səbəbdir. Çoxlarına görəsə, Qara Cümə doğmalarına dəyərli hədiyyələri ucuz qiymətə almaq imkanıdır.
XIX əsrdən etibarən ABŞ-da hər il Minnətdarlıq gününün ("Thanksgiving Day") ertəsi bütün mağazalar kütləvi endirim etməyə başladılar. Hər ilin noyabr ayının dördüncü cümə gününə təsadüf edən bu tarixdə hamı alış-verişə tələsdiyi üçün tıxaclar yaranır, qəzalar olurdu. Məhz buna görə də Filadelfiyada gün Qara Cümə adlandırılmağa başlandı. Hər il Qara Cümə noyabrın 23-dən 29-dək olan tarixləri əhatə edir. Cari ildəsə bu günə, yəni noyabrın 29-na təsadüf edir.
Hər bir amerikalının həyatında böyük önəm daşıyan bu gündə mağazalar daha tez açılır. İnsanlar bəzən gecəni yatmayıb, səhərə yaxın mağazaların, bahalı butiklərin qarşısında növbə gözləməyə başlayırlar. Qara Cümə günü səhər saat 6-da ABŞ küçələrində izdiham yaşanır. Hər yerdə eyni mənzərə olur: mağaza boyu bir-birini itələyib, geyim savaşına çıxan alıcılar, divar boyu düzülən kassalar önündə yorğun satıcılar.
Çox xoşbəxtik deyilmi? Axı artıq Avropa və MDB ölkələrində, eləcə də onlayn satış saytlarında da Qara Cümə qeyd olunmağa başlanıb. Düzdür, ABŞ-da müşahidə olunan fantastik endirimlər olmur, lakin bayram əhvalına və yüksək endirimlərə rast gəlirik. Çox vaxt alıcılar Qara Cümənin marketinq hipnozu altında ehtiyac duymadıqları onlarla geyim alırlar. Ertəsi gün isə məntiqlə düşünüb, bu əlbisələrin lazımsız olduğuna qərar verirlər. Məhz bu zaman aldıqlarını mağazaya qaytarıb, pullarını geri ala bilirlər. Həmin əşyalar isə mağazada “istifadə edilmiş” adı ilə yenidən həmin qiymətə satışa çıxarılır. Bu isə digər alıcılara ucuz alış-veriş etmək imkanı qazandırır. Ancaq bu digər ölkələrə aid olunmaya da bilər. Odur ki, Qara Cümə günü bazarlıq edərkən yüz ölçüb, bir biçin ki, pullarınız da havaya sovrulmasın.
Bütün şopoqolikləri təbrik edirəm. Qara Cüməniz mübarək! Cibinizə keçmiş olsun!
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:50Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - VİDEO
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu



























