Köşə
Hər şeyin qiyməti 50% enəcək
Leyla Sarabi
Həyatın bu tayından o üzünə nə qədər tez qaçmağa çalışsaq da, məsuliyyətimizi soyunub qumda ayaqyalın gəzsək də, bizdən öncə yer üzünə enən missiyamız var. Və biz onu tamamlamadan... ən az yarısını vurub, bölüb, toplamadan heç bir məkana, zamana sığmayacağıq. "Qara cümə" kimi çox qəribə məqamda tanıyırsan özünü. Əslində elə mənliyini tapmaq da endirimin pikində insanları didə-didə özünü mağazanın dibinə atıb sevdiyin paltonun doğru ölçüsünü almağa bənzəyir. Bəzən qiymət hipnozundan azğınlaşmış adamlara yem olub, əliboş da qayıdırsan. Bəzən də mənim kimi 3 saat əziləndən, büküləndən sonra mağazaya soxulub, endirim olmayan məhsulu alıb çıxırsan.
Təsəvvür et, hamının startda durub "qara cümə"ni gözlədiyi, növbə etikasını, şopinq estetikasını yerə səpdiyi vitrinləri gəzirsən, yarı qiymətə almaq istədiyin geyim üzünü qara çıxarır. Əziyyətinə qıymayıb, elə öz qiymətinə də alıb, insan dalğasında üzə-üzə sahilə atılırsan.
Bəlkə də həyatın fürsəti dediyimiz nəsnə də budur. Məsələn, şansımız hər gün endirimə düşüb yolumuzu gözləsəydi, sabah gedib götürərəm deyə tənbəlləşərdik. Yaxud əbədi həyat iksiri içsəydik, tempimizi dondurub mənasızlaşardıq.
Hər halda, bizi diri saxlayan ömür boyu dalınca qaçıb tutmağa çalışdığımız missiyamızdır. İnsanı işsizlik, məqsədsizlik kimi heç nə qocaltmır. Nə qədər şeir yazıb, film çəksək də, qəliblərimizi qırıb, fəzaya yayılsaq da, sərhədsiz deyilik. Hamımızın bəlli hüdudları, qütbləri var. Və bunu kəşf etmədən özümüzlə dostlaşa bilmirik. Hansı nöqtədə durmalısan, sürəti harda götürməlisən, ümumiyyətlə kainatda nə işə yarayırsan.... hətta xəyal gücünün bitmə bucağını hesablamadan 50 faizinin qulağı kəsilmiş qiymət kimi yarımsan.
Bu arada, xəbərin olsun: "Qara cümə"yə də az qalıb.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq







































