• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Dəmir yumruğun bir zərbəlik məsafəsindəki Zəngəzur

  • Köşə
  • 17 Noyabr 2021 13:05
  • 2 435 Baxış
Dəmir yumruğun bir zərbəlik məsafəsindəki Zəngəzur

Tural Turan

Dünənki 8 saatlıq savaş heç şübhəsiz ki, son günlər Ermənistanın silsilə xarakter alan təxribatlarından sonra başladı. Artıq bıçaq sümüyə dirənmişdi. Əvvəlcə 60 erməni hərbçisi postlarını qabağa çəkmək istəyirdi, alınmadı. Hərbçilərimiz bu təxribatın qarşısını qan tökərək aldılar. Sonra ermənilər tərəfindən başqa bir post istiqamətində təxribatlar törədildi. yenə də hərbçilərimiz öz qanı və canı bahasına bu təhlükəni də sovuşdurdular. Dünənki sərhəddə baş verən erməni təxribatları artıq səbr kasamızı daşdırdı.

Ermənilərin öz ağa babalarını da saymamalarını bütün dünya gördü. Ona görə dünənki toqquşmalarda Rusiya da ağzına su alıb oturmağa, susmağa məcbur oldu. Çünki İrəvan Moskvaya başqa çıxış yolu qoymamışdı.

Rusiyanın susqunluğunun digər şifrələri isə günün sonunda açıldı. Yadınızdadırsa, türk ordusu Azərbaycan hərbçiləri ilə Xəzər dənizində birgə donanma təlimləri keçirəndə İran etiraz etmişdi.

İranın xarici işlər naziri Moskva səfərində bu məsələni qaldıranda onun rusiyalı həmkarı bildirmişdi ki, buna etiraz etməyiniz yersizdir, Xəzərlə bağlı qanunu ratifikasiya etməmisiniz. Deməli, türklər Xəzərdə təlimlər keçirmək üçün ruslardan icazə almışdılar. Ruslar isə ona görə icazə vermişdi ki, 5 dövlətin Xəzərlə bağlı razılaşdığı anlaşmanı İran ratifikasiya etsin. Daha doğrusu, ratifikasiyaya məcburetmə idi.

Dünənki sərhəd toqquşmasının şifrələri də elə bu məsələyə oxşardır. Ermənistanı sərhəd məsələsində demarkasiya və delimitasiya işlərinə məcburetmə mahiyyəti daşıyırdı.

Ona görə də Kreml susmuşdu. Ermənistanın "itirmişik" dediyi 41 kv kilometr ərazi isə bizim öz tarixi torpaqlarımızdır və əgər belə gedərsə, Rusiya Baş Qərargah İdarəsində saxlanılan xəritələrlə daha çox ərazi əldə etmək imkanımız olacaq. Çünki dünən gecədən məğlubiyyətin əsas səbəbkarı kimi Ermənistanda - İrəvanda Rusiya əleyhinə etiraz aksiyaları başlayıb. Bu, İrəvanın getdikcə Moskvadan daha da uzaqlaşması anlamına gəlir. Sözsüz ki, həmin etiraz aksiyalarını Nikol Paşinyanın tərəfdarları keçirirdi. Elə təşkilatçı və sifarişçisi də Paşinyan hakimiyyəti idi.

Bu gediş silsilə və təhlükəli hal alarsa, hər nə qədər Ermənistan Rusiyanın strateji for-postu olsa da, Kreml tarixi xəritələrə əsaslanaraq Azərbaycanın əzəli torpaqlarını Azərbaycana əbədi qaytarmağına göz yumacaq. Çünki Rusiya Ermənistanı itirmək istəmir. Hazırda Gürcüstan və Ermənistan Qərbə meyllənib. Moskva üçün Cənubi Qafqazda yeganə etibarlı tərəfdaş isə Azərbaycandır. Bu o deməkdir ki, Zəngəzur və Göyçə istiqamətlərində növbəti tarixi ərazilərimizə doğru iri addımlarla irəliləmək üçün böyük şahmat taxtasında Azərbaycan öz sərrast addımlarını atmağa davam etməlidir.

Yolumuz doğrudur. Biz bu doğru yolda torpağımızı bir oğrudan digər "oğru"nun əli ilə almağa çalışmalıyıq. Ən əsas və həssas məqam isə hər nə olursa olsun, dövlətçiliyimizi, suverenliyimizi təhlükəyə atmamaqdır...

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR