Köşə
Adam kimi ...libaslar
Məsələn, hər şeyə məna yükləyib yaşamaq daha maraqlıdır. Əşyaların da nəfəsi gəlib-gedirmiş kimi, yaşı artıb, enerjisi azalırmış kimi yaşamaq... Məsələn, anam körpəliyimin paltarlarını elə qoruyub əzizləyirdi ki, hərdən mən də ürpənirdim. Mən o rəngli parçaların içində heç böyüməcəkmişəm, ölənə qədər körpə qalacaqmışam, körpə öləcəkmişəm kimi...
İndi mən anamın özündən çox yaşayan paltarlarını dolabımda saxlayıram. Əldə etmək üçün uzun müddət səbrlə gözlədiyi, sonra dəbdən düşdüyünə görə içinə vacib sənədlərini doldurduğu qara dəri çantası 360 dərəcə fırlanıb yenə trendin əqrəbi ilə addımlayır. Amma anam indi çox uzaqlarda tam başqa yollarda gəzir. Bəlkə də orda çanta dərdi çəkmir. Amma əminəm, məndən ötrü darıxır. Çünki hər dəfə o çantanı əlimə alanda enerjisini mənə ötürür.
Əslində qabartmıram. Əşyaların sevgisinin gücünə, bizim kimi haldan-hala düşməyinə adım kimi əminəm. Elə adımız da dolduğu bədənə görə şəkil dəyişir. Və biz hər zaman bir adı onu daşıyan ilk şəxsin obrazında canlandırırıq.
Nəysə geyimdən çox uzaqlaşmayım. Mənim qarderobumda uğur gətirən, ən doğmalarımla görüşə geyindiyim, içində ikən doğmalarımı itirdiyim paltarlarım var. Bəlkə də parçaları insan dərisinə tay tutduğum üçün ikinci əl geyimlərə münasibətim yaddır. Məsələn, tanımadıqlarımın duyğuları hopan paltarın içində 1 saat da yaşaya bilmərəm. Mən ən ucuz libasın içində də öz xatirələrimi özüm yazmalıyam. Yəqin buna görə də geyimlərim əhvalımla oynayır, hətta belə deyim, əhvalımı oynadır.
Bədəninə, zehninə toplanan informasiya selindən qurtulmaq, yenilənmək üçün hətta ən bahalı geyimi də günün sonunda əynindən çıxardıb atmaq istəyirsən. Dünyanın ən gözəl, ən özəl parçasına büründüyün gün ananı itirmisənsə, bir də onu görmək, toxunmaq istəmirsən. Demək bədənini bahalı geyimlərlə yox, sonsuz müsbət enerji ilə örtməlisən.
Hə, bir də için boşdursa, üstünü doldurmağa hacət yoxdur.
Leyla Sarabi
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
































