Köşə
Siz nə etdiniz, Anar müəllim?
Tural Turan
Azərbaycan Yazıçılar Birliyinin idarə heyətində təmsil olunan və ya sadəcə olaraq birlik üzvü statusu daşıyan imzaların bir çoxu deyirlər ki, hazırkı sədr Anar Rəsuloviç olmasaydı, adıçəkilən qurum çoxdan dağılıb getmişdi. Güya, çox hörmətli Anar müəllim öz nüfuzundan istifadə edərək birliyi qoruyub saxlayıb. Üstəlik, iddia edirlər ki, 85 yaşlı sədrin rəhbərliyi dövründə, yəni son 35 ildə Anar müəllim AYB-nin nüfuzuna nüfuz qatıb.
Əvvəla onu deyim ki, bu iddiaların hamısı yalan və ya uydurmadır.
Əlbəttə, indi "niyə"sini də soruşacaqsınız.
Birincisi, Yazıçılar Birliyi sovet dövründən qalma ədəbi qurumdur və strukturu, mexanizmi 1934-cü ildə, yarananda necə idisə, elə indi də elədir. Yəni 1991-ci ildən sonra Baltikyanı ölkələr istisna olmaqla keçmiş 15 sovet respublikasının heç birində bu qurum ləğv olunmayıb.Əksinə, bəzi hallarda Rusiya həmin qurumların ayaqda qalması üçün həmin ölkələrin ədəbi birliklərinə ianələr ayırıb (məsələn, Qazaxıstan, Belarus, Qırğızıstan və sair) ki, Kreml həmin ölkələrdəki ədəbi nüfuz dairəsini itirməsin.
Bu baxımdan, bizdə də Anar və ya bir başqasının orada sədr olması heç nəyi dəyişməyəcəkdi. Kreml və ya onun buradakı əlaltıları, funksionerləri AYB-ni ayaqda tutmağa çalışacaqdılar...
Yəni söhbət ondan gedir ki, Anar və onun yazıçı nüfuzunun bu məsələyə əşhədü dəxili yoxdur.
İkincisi, Anar elə də böyük nüfuza malik yazıçı deyil. Heç post-sovet məkanında da düz-əməlli tanımırlar. Hətta Çingiz Abdullayev qədər nüfuzu yoxdur.
Anar Rəsuloviç müstəqillik dövründə ancaq AYB -yə prezident tərəfindən ayrılan pullarla öz kitablarını xaricdə çap etdirib, özü də sovet dövründə yazdığı əsərləri... Onları da satmayıb ha, paylayıb.
Həmin əsərlər indi nəinki Avropaya, Yaponiyaya, heç Madaqaskar oxucusuna da lazım deyil. Sözümün canı odur ki, Anar həmin pullara daha istedadlı gənc yazarların əsərlərinin xarici dillərdə çapına nail ola bilərdi. Amma etmədi, əksinə, özünün və birlikdəki çevrəsinin əsərlərini Avropaya "daşıdı". Hansı ki, həmin adamların heç öz ölkələrində 500 tirajla çap olunan əsərləri satılmır. Çünki oxucuları yoxdur və kifayət qədər tanınmırlar. Belə olan halda Anarın və AYB-dəki komandasının hansı nüfuzundan söhbət gedə bilər?!
Üçüncüsü, ədəbi nüfuzu böyük olmayan adam rəhbəri olduğu quruma da nüfuz qata bilməz.
Bir qurumun nüfuzu orada təmsil olunan adlı -sanlı, dünyaca ünlü imzalarla ölçülür.
Gəlin baxaq, son 30 ildə AYB üzvü olan hansı yazıçı dünyanın ən məşhur ədəbi mükafatına layiq görülüb? Ən məşhuruna heç biri...
Ortabab mükafatlara da uzaqbaşı, iki-üç nəfər (Çingiz Abdullayev, Varis və sair)... Heç Anarın da son 30 ildə hansısa beynəlxalq ədəbi mükafat qazandığını eşitməmişəm. Bəlkə də alıb, özü təvazökarlıq edib deməyibsə, o başqa məsələ...
Bəs digər ölkələrin yazıçılar birliklərinin sədrləri nə edib?
Gürcüstan Yazıçılar Birliyi Georgi Kekelidze, Aka Morçiladze kimi imzaları dünyaya çıxardı. Əsərlərini dövlətin adıçəkilən quruma ayırdığı vəsaitlər hesabına əsərlərini ingilis, fransız, alman, ispan, rus dillərinə tərcümə etdirdi. Üstəlik, diaspora vasitəsi ilə möhtəşəm və planlı reklamını həyata keçirdi.
İndi onların əsərləri dünyada bestsellərə çevrilib. Aka Morçiladzenin təkcə 2019-cu ildə gün üzü görən əsərləri 900 min nüsxə ilə çap olunub. Georgi Kekelidzenin 2021-ci ildəki əsərlərinin tirajı 1.2 milyonu ötüb.
Əhalisi acından ölən Ermənistanın yazıçılar birliyi isə Serj Tankian imzasını brendləşdirə bildi. 1967-ci il doğumlu şairin səsi İngiltərədən də eşidilir, Norveçdən də...
Götürək çağdaş Ukrayna ədəbiyyatını: Ukrayna Yazıçılar Birliyi Yevgeniya Çurpina, İya Kiva, Mariana Savka kimi Avropada, Amerikada, hətta uzaq Avstraliyada ün salmış imzalara sözün əsl mənasında analıq edib. Onlara dəstək durub, əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edilməsinə şərait yaradıb. İndi Yevgeniya Çurpinanın brend imzası öz ölkəsi üçün böyük stimula çevrilib. Çünki xanım Çurpina Rusiyaya qarşı informasiya müharibəsində hazırda çox böyük işlər aparır. Yazıçı dostları ilə birgə rus işğalına qarşı bəyanatlar verirlər.
Biz isə 44 günlük müharibədə dünyaya çıxaracaq brend imza tapa bilmədik. Yalnız bir dəfə Çingiz Abdullayev Rusiya telekanallarının birində göründü, vəssalam...
Bir sıra ölkələrin yazıçılar birlikləri nüfuzlu bankları da bu prosesə cəlb edib. Gənclərin, istedadlı imzaların əsərlərinin xarici dillərə tərcüməsini və çapını həmin banklar maliyyələşdirir. Həmin imzalar tanınandan sonra da nəşr hüququnu banklar sahiblənir.
Bir sözlə, başqa ölkələrdə AYB statusunda olan ədəbi birliklər gənc və istedadlı yazarları dünya oxucusuna tanıtmaq üçün qolunu çırmayıb belə-belə işlər görürlər.
Bəs siz son 35 ildə gənc yazarların dünyaya çıxışı üçün nə etmisiniz, Anar müəllim?
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı