Sevda Yahyayevanın dəbdəbəli ziyafət libasları - Fotolar
Bizi izləyin

Layihə

Sevda Yahyayevanın dəbdəbəli ziyafət libasları - Fotolar

Sevda Yahyayevanın dəbdəbəli ziyafət libasları

Sevda Yahyayeva gənc yaşına baxmayaraq, əldə etdiyi nailiyyətləri və stili ilə son dövrlərdə daha çox diqqət çəkir. Səhnəyə gəldiyi ilk dövrlərdə stilində qarışıqlıq və nizamsızlıq müşahidə olunsa da, sonradan inanılmaz dərəcədə dəyişdi. Müğənni peşəsindən dolayı səhnədə hər zaman qüsursuz görünməli olduğu üçün obrazına laqeyd yanaşmır və stilini daim inkişaf etdirir. Tabloid.az bu icmalda məsum gülüşü ilə qəlbləri isidən cazibədar müğənni Sevda Yahyayevanın ən yadda qalan ziyafət və kokteyl libaslarını, həmçinin səhnə kostyumlarını toplayıb.

Sevda Yahyayeva gündəlik həyatda rahatlığına daha çox önəm verir, eyni zamanda geyim seçimində tez-tez sevdiyi əlvan rənglərə müraciət edir. Yeni çıxan dəb tendensiyalarını təqib edən gözəl ulduz müsahibələrində özünə yaraşanı geyindiyini söyləyir.

Sevdiyi rənglərdən - sarıdan, çəhrayının müxtəlif tonlarından, ağ, yaşıl, qırmızı və qaradan daha çox istifadə edir.

Sevda geyimlərində sadəliyini ön plana çıxarır. Sadəliyini rəngli kiçik detallarla fərqli hala gətirir. Qısa paltarları sevən gözəl müğənniyə həm açıq, həm də tünd rəngli paltarlar olduqca yaraşır. Xallı və zolaqlı, naxışlı geyimlərə üstünlük verərək şirinliyini nümayiş etdirir.

Mini donlar geyindiyi zaman yaşına uyğun saç və makiyajla məsumluğunu qorumaq şərti ilə çox gözəl görünə bilir. Bahalı markalardan geyinməyə başlayan ulduz cazibədarlığından istifadə edərək artıq böyüdüyünü göstərməyə çalışır.

Mini donlarla yanaşı uzun paltarlarla da stilinə sadiq qala bilir.

İstər tulum olsun, balıq quyruğu olsun, ziyafət libası olsun, istərsə də şortlar olsun, onların hər modelini özünə yaraşdıra bilir. Füsünkar bədən quruluşu da istədiyi geyimi daşığıma icazə verir. Qısa şort və yubkaları öz üzərində məharətlə nümayiş etdirir.

Seçdiyi şalları, iri çantaları və digər aksessuarları yaşına tam uyğundur. S.Yahyayevanın ən sevimli aksessuarı isə papaqlardır. Qarderobunda hər tərzə uyğun, hər rəngdə papaqlara rast gəlmək olar.

Hər zaman dəbdəbəli görünməyi sevən ifaçı Sevda Yahyayeva geyim-kecimi ilə yanaşı, saç stilinə də xüsusi fikir verir. Son zamanlarda müğənni hörüklü saçlarla daha çox qarşımıza çıxır və bu, ona çox yaraşır.

Sevda Yahyayeva saçları ilə oynamağı sevsə də, həddini aşmır. Saçının rəngini bir neçə dəfə tünd rəngə boyayıb. Lakin açıq rənglər, qəhvəyi tonlar üzünə və yaşına daha çox yaraşır. Saçının təbii və dalğalı halları ən gözəlidir.

Toppuz şəklində topladığı saç düzmü ona fərqli bir imic qazanmasını təmin edir. Üzünü ortaya çıxaran saç düzümü ilə incəliyini və zərifliyini vurğulamağa çalışır.

Saçını əvvəllər çox qabarıq və buruq etsə də, onun stilinə və obrazına çox yaddır.

Xırda gözlərini böyük göstərmək üçün gözlərini qara qələmlə haşiyəyə alır. Makiyajda dodaqlardan daha çox gözlərə yer verir. Qırmızı dodaq boyası da ifaçını çox seksual göstərir.

Ulduzun səhnə kostyumları da olduqca maraqlıdır. Sevda gündəlik həyatda sadəliyə üstünlük versə də, səhnə kostyumları haqqında bunu deyə bilmərik. Sadəliyin yerini seksuallıq, parlaqlıq və qeyri-adilik alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm