Üzeyir Hacıbəyov Özbəkistan mətbuatında
Bizi izləyin

Magazin1

Üzeyir Hacıbəyov Özbəkistan mətbuatında

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistanın mədəniyyət sahəsində "silkway.uz" saytında "Оперный новатор Востока Узеир Гаджибеков" adlı məqalə dərc olunub.

Publika.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, məqalədə Azərbaycan professional musiqisinin banisi dahi Üzeyir Hacıbəyov müsəlman şərqində ilk operanın əsasını qoymuş, musiqili komediyanın yaradıcısı kimi xor mahnı, qəzəl-romans, xalq çalğı alətləri orkestri, instrumental ansambl üçün müxtəlif janrlarda əsərlərin müəllifi olması bildirilir.

Məqalə müəllifi qeyd edir ki, Üzeyir bəy məşhur bəstəkar olmaqla yanaşı, tanınmış alim, folklorçu, pedaqoq, dramaturq, jurnalist və ictimai xadim olub.

Dahi bəstəkarın həyat və fəaliyyəti saytda geniş işıqlandırılmış, onun yaradıcılığında dünyanın tanınmış musiqiçilərin əsərlərinin Verdi, Motsart, Qlinka, Çaykovski, Bizenin mühüm rolu olduğu məqalədə vurğulanır.

Saytda Ü.Hacıbəyovun pedaqoji fəaliyyətinə nəzər salınır və yazılır ki, o, Azərbaycan dilində ilk riyaziyyat dərsliyinin yazıb. Üzeyir Hacıbəyovun ictimai fəaliyyəti barədə yazan müəllif qeyd edir ki, o, "Molla Nəsrəddin" jurnalı, habelə o dövrdə dərc olunan qəzetlər üçün felyetonlar, məqalələr yazmaqla xalqın maariflənməsinə mühüm töhvələr verib.

Hacıbəyovun nadir tapıntısı operanı muğam əsasında yazmasıdır. Məhz onun operasının əsasını şərq koloritli Azərbaycan muğamı təşkil edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm