Aygün Kazımova ölkəni tərk etdi, Natəvan ismarış yolladı – QALMAQAL
Bizi izləyin

Magazin1

Aygün Kazımova ölkəni tərk etdi, Natəvan ismarış yolladı – QALMAQAL

Müğənni Natəvan Həbibinin xalq artisti Aygün Kazımova haqda 30 il Azərbaycandan çıxa bilməyəcəyi xəbəri yalan çıxıb.

Publika.az xəbər verir ki, Aygün Kazımova gecə saatlarında Azərbaycanı tərk edərək İstanbuldakı evinə uçub. Sosial şəbəkədə təyyarədən şəklini paylaşan xalq artisti “Salamat qalın” sözlərini yazıb.

Bununla bağlı Publika.az-a açıqlamasında müğənni Aygün Kazımova barəsində çıxarılan qərara da münasibət bildirib:

“O, yenə də özünü reklam edir. Mənə savadsız demişdi, indi, görünür, kimdir savadsız! Yenə də yalan informasiya yaymaqla məşğuldurlar. Bəs 30 il Azərbaycandan çıxa bilməyəcəkdim? Onların 30 ili heç 3 gün də olmadı”.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova ölkədən çıxmasına qoyulmuş qadağaya görə Apellyasiya Məhkəməsinə müraciət edib.

Xalq artistinin ölkəni tərk etməsinə Natəvan Həbibinin vəkili Fərid Həsənov münasibət bildirib. Onun sözlərinə görə, xalq artisti məhkəmənin çıxardığı qadağa ilə razı deyil. F.Həsənov Publika.az-a açıqlamasında bildirib ki, Aygün Kazımova məhkəmə qətnaməsinin icrasını yubatmaq üçün ölkədən çıxmasına qoyulmuş qadağanın ləğv olunması üçün apellyasiya məhkəməsinə şikayət ərizəsi verib. Lakin bu şikayət qətnamənin icrasının məcburiyyətinə təsir etmir. Hətta apellyasiya şikayətinin verilməsi xalq artistinin məhkəmə qətnaməsini qərəzli icra etməkdən yayındığını sübut edir.

F.Həsənov “Aygün Kazımova məhkəmə qərarının 10 gün müddətində qüvvəyə minməməsindən istifadə edərək apellyasiya şikayəti verib. Xalq artisti o qədər tələsib ki, hüquqi proseduru pozaraq birbaşa apellyasiya instansiyasına müraciət edib. Lakin belə hərəkətlər məhkəmə qərarının icrasına mane ola bilməz” - deyə bildirib.

Müğənni Natəvan Həbibi müğənniyə sosial şəbəkə vasitəsilə ismarış göndərib:

“Eşitdim ki, hələ ki qanunun qüvvəyə minməməsindən istifadə edərək ölkədən tez-bazar uçan var. Unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu, heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişər, nə də sizin Natəvan. İstəyirsən Afrikaya get, istəyirsən Marsa. Yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabe olmalıdır”.

Natəvanın ismarışına xalq artisinin qızı İlqarə Kazımova da biganə qalmayıb və şəxsi "Instagram" səhifəsində bu sözləri yazıb: “Bu gün anamı İstanbula yola saldım. Yol öncəsi çox güldük”.

Bundan başqa İlqarə şərhində “Əzizim, xatırla. Sən heç kimsən” sözlərini qeyd edib.

Xatırladaq ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir etməkdə, işgüzar nüfuzuna xələl gətirməkdə ittiham edərək məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, Aygün Kazımova Natəvan Həbibinin milliyətcə erməni olduğu barədə yaydığı yalan məlumat və işlətdiyi təhqiramiz ifadələrə görə ondan üzr istəməlidir. Əks halda ölkəni tərk edə bilməz.

Onu da qeyd edək ki, Aygün Kazımova üzr istəməsə də, təkzib verib.

İsa

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm