Magazin1
Sabir Ələsgərli evə buraxıldı: “Həkim nəzarətindəyəm”
1 saylı şəhər Kliniki Xəstəxanasında müalicə olunan məşhur diktor Sabir Ələsgərli evə buraxılıb.
Bu barədə Publika.az-a xalq artistinin özü məlumat verib: “Gecə xəstəxanadan evə buraxıldım. Özümü yaxşı hiss edirəm, amma tam sağalmamışam. Təzyiqim çox aşağı olur. Təzyiqimin aşağı olması böyrəyimdəki problemlə əlaqəlidir. Həkimlər ev şəraitində müalicəmin davam etməsinə qərar verib. Yəqin ki, mütəmadi həkim nəzarətində olacağam, müayinələrim davam edəcək”.
Məşhur diktor onu da bildirib ki, bütün maddi xərcləri özü ödəyib: “Xəstəxana məsrəflərini özüm ödədim. Kim ödəcəyəkdi ki? Çox çətindir”.
Sabir Ələsgərli çətin günlərdə dostları, sənət yoldaşlarının onu tək qoymadığını bildirib: “Sağ olsun, keçmiş iş yoldaşlarım, qohum-əqrəbam mənə mənəvi dəstək oldu, tez-tez yoluxdular, zəng edib, hal-əhval tutdular. Onlar olmasaydı, bəlkə də sağalmazdım”.
Cəvahir Səlimqızı
-
Region23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
ABŞ22:24ABŞ-da sinaqoqa silahlı hücum - Video
-
Magazin122:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin220:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
-
Sosial20:00"WhatsApp" uşaqlarla bağlı belə qərar verdi
-
ABŞ19:00Müctəba Xamenei xalqa müraciət etdi
-
İdman18:24Sabiq hücumçuya vəzifə verildi
-
Hadisə17:22Gəncədə 17 yaşlı oğlan atasını bu səbəbdən öldürüb - TƏFƏRRÜAT







.jpg)
.jpg)




























