Magazin1
Damlanın başına dəhşətli oyunların açıldığı “Taxta ayı” TƏQDİM OLUNDU - FOTO/VİDEO
Dünən baş rollarda müğənni Damla və Rüfət Nəzərovun çəkildiyi “Taxta ayı” filminin qala gecəsi baş tutub.
Publika.az xəbər verir ki, ekran işinin rejissoru dələ ləqəbli Cavid Orucov, ssenari müəllifi isə Fariz Əliyevdir. Dram janrında çəkilən filmdə Mehriban Xanlarova, İlqar Cahangir və digər aktyorlar rol alıb. Damlanın bədbəxt olmuş qadını canlandırdığı filmin əsas xəttini bakirəlik və qisas mövzusu təşkil edir.
Qala gecəsində filmin yaradıcı heyəti ilə yanaşı Murad Dadaşov, müğənni Talıb Tale, aktrisa Dilarə Əliyeva, müğənni Çinarə Məlikzadə, Yaşar Yusub və başqa məşhurlar iştirak edib.
Filmin nümayişi başlamazdan əvvəl Damla bildirib ki, bu, onun aktrisa kimi ilk işidir:
“Bu gün hesabat günümüzdür. Bu aylar ərzində əl-ələ verib çox çətinliklərin öhdəsindən gəldik. Həmişə də ağır iş rejimimizdən zövq aldıq. Bir-birimizə dəstək olduq, yuxusuz qaldıq, qızmar günəşin altında saatlarla çalışsaq da, işimizi yarımçıq qoymadıq. “Taxta ayı” filminə bütün ruhumuzu və ürəyimizi qatdıq. Damla olduğumu unudub iki aydan çox çəkildiyim obrazın təsirində qaldım. Xəyalları, həyatı və bütün ümidləri puça çıxmış qadın obrazını oynamışam. Həyat onu çətin sınaqlara imtahana çəksə də, sonda Allah onun əziyyətlərini mükafatlandırır”.
İfaçı daha sonra əlavə edib ki, filmin büdcəsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Filmin büdcəsi 100 min manata başa gəlməyib, bu xəbərlər doğru deyil, dəfələrlə şişirdilmiş rəqəmdir. Onun bahalı olub-olmadığına dair heç bir ifadə işlətməmişəm. Əksinə çəkilişlərdə maddi problemlərimiz oldu. Çəkiliş zamanı pulsuz vaxtlarımızda əlimi sıxıb arxandayıq, təmənnasız həll edəcəyik deyənlər oldu. Tək başıma köməksiz tək-tənha öz məvacibimlə bu işin öhdəsindən gəldim”.
Damla açıqlamasında filmin adının izahını da verib:
“Həyatımın anlamı olan insan filmdə mənə taxtadan balaca oyuncaqlar düzəldir və mənə olan sevgisini elə göstərir. Düşünürəm ki, bu filmlə biz insanları kövrəldə və sarı simə toxuna biləcəyik. Çünki dövrün ən qaymaq aktyor, aktrisaları - canlı əfsanələri ilə birgə çəkilmişik. Əminəm ki, tamaşaçı gəlib deməyəcək ki, püf... bu, nə filmdir, azərbaycanlılar film çəkə bilmir. Xoşbəxtəm ki, günümüzün canlı karifeyləri ilə birgə rol almışam”.
Rejissor Cavid Orucov filmin uğur qazanacığına inandığını bildirib:
“Çünki biz kassanı düşünmədik, burada böyük bir heyətin əziyyəti var. Ancaq Çalışdıq ki, Azərbaycanın 90-cı illərdən bu yana olmayan filmini canlandıraq. İnsanlar artıq yeni filmlərə baxmaq istəyir. Var gücümüzlə çalışdıq ki, Rasim Ocaqov, Oqtay Mirqasımov və Vaqif Mustafayev kimi simaların çəkdiyi əziyyətləri cavan nəsil olaraq yenidən dirildək”.
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla