Magazin1
26 yaşlı məşhur aktrisanın 8 yaşında qızı olduğu üzə çıxdı - FOTO
“Təhminə və Zaur” serialında Gülnar obrazını canlandıran 26 yaşlı aktrisa Nərgiz Əliyevanın 8 yaşlı qızı olduğu üzə çıxıb.
Publika.az xəbər verir ki, tədbirlərin birinə qızı Jasminlə birlikdə gələn aktrisa suallarımıza cavab verib:
“Deyirlər ki, “Maşın şou”dan çıxdıqdan sonra psixoloji baxımdan sarsılırsan, özünə gəlmək üçün vaxt lazım olur. Lakin məndə belə bir problem baş vermədi. Əksinə, yeni dostlar qazandım. Bir neçə gün dincəldikdən sonra işimin başına qayıdacam”.
Aktrisa daha sonra “Təhminə və Zaur” serialındakı açıq-səhnələrdən danışıb: “Bəzi səhnələr tamaşaçılar tərəfindən qəbul edilmir. Lakin sevgi mövzusunda serial çəkilirsə, orda müəyyən qaydalardan kənara çıxmamaq şərti ilə intim səhnələrinin olması normaldır. Ümumiyyətlə, həmişə elə rollar seçirəm ki, ailəmdə problem yaranmasın”.
26 yaşlı aktrisa qızı haqqında da danışıb: “Tez ailə qurmuşam, qızımın 8 yaşı var. Çox adam bilmirdi ki, anayam. Verilişdə etiraf etdikdən sonra bilməyənlərin də xəbəri oldu. Qızım haqqında danışmağı xoşlamıram, çünki uşaqdır. İlk dəfədir ki, qızımla tədbirə birlikdə qatılmışam".
Qızının atası ilə ayrıldığını deyən aktrisa bildirib ki, hazırda həyatında sevdiyi insan var, lakin bu barədə danışmağı sevmir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)


























.jpg)
.jpg)
