Magazin1
Afaq Aslan HƏR ŞEYİ AÇDI: Məndən utancaq adam yoxdur - FOTO
Son günlərdə sinə əməliyyatından sonra çəkdirdiyi fotoları ilə instaqramda gündəmdən düşməyən müğənni Afaq Aslan yenidən cərrah bıçağı altına uzanacağını bildirib.
Son zamanlar gündəm olan seksual şəkillərindən danışan ulduzun Publika.az-a müsahibəsini təqdim edirik.
- Deyirlər ki, estetik əməliyyat qadında özünə inam hissini artırır. İndi özünüzü necə hiss edirsiniz?
- Estetik əməliyyatdan öncə də özümə qarşı özgüvənli olmuşam. Hər kəs bilir ki, uzun illər idmanla ciddi şəkildə məşğul olaraq bədən quruluşumu ideal formada saxlaya bilirdim. Lakin son illər xarici səfərlərimin çoxluğundan daimi şəkildə idman etməyə vaxtım olmurdu. Odur ki, ideal bədən ölçülərini saxlamaq üçün estetik əməliyyatlara üz tutdum və buna heç də pis baxmıram. Əgər əməliyyat peşəkar həkim tərəfindən həyata keçirilirsə, estetik müdaxilələr insanın özgüvənini təbii ki, daha da artırır. Səhnə insanı cəmiyyətin və milyonların diqqət mərkəzindədir, bu baxımdan o, öz ideal görkəmi ilə göz oxşamalıdır.
- Şəkilləriniz çox müzakirələrə səbəb oldu. Kamera qarşısına keçəndə həqiqətənmi utancaqlıq hissi keçirmirsiniz?
- Məni həyatda yaxından tanıyan insanlar bilir ki, kameralar qarşısında kompleksizəm, heç nədən utanmıram, amma həyatda tamamilə fərqliyəm, həyatda bəlkə də özüm qədər kompleksli və utancaq ikinci bir adam tanımıram.
- Bədəninizlə bağlı kompleksləriniz yoxdur?
- Bədənimlə bağlı heç bir kompleksim yoxdur. Sadəcə dediyim kimi, idman etməyə vaxtım olmadığından qarın nahiyəsində yığdığım əzələləri itirmişəm. Ciddi məşq etməlisən ki, əzələləri itirməyəsən. Bu yaxınlarda qarın əzələsi üçün əməliyyata girməyə hazırlaşıram, inşallah 3D liposaksiya vasitəsilə itirdiyim bütün əzələləri geri qaytaracağıq.
- Bu fotosessiyalar populyarlıq üçün atılan addım idi?
- Görüntü insanı hər zaman aldadır. İnsanlar görüntüyə daha tez aldanır. Məsələn, elə müğənnilərimiz var ki, həyatda heç nəyi özünə ayıb bilmir, heç nədən utanmırlar, amma kameraların işığını görən kimi ağlayıb sızlamağa, utancaq və abırlı-həyalı qadın obrazı yaratmağa başlayır. Yaxşı olardı ki, kamera qarşısında yaratdıqları abırlı-həyalı qadın obrazı real həyatda öz əksini tapardı.
Mən nə ilk, nə də sonuncu soyunan məşhuram. Hər soyunan məşhur olsaydı, heç kimin dərdi olmazdı, hamı məşhurluq üçün soyunardı. Məşhurluq soyunmaqla gəlmir, bunun üçün şanslı olmaq, eyni zamanda fərqlənməyi bacarmaq lazımdır.
- Yaxınlarınızın və ətrafınızın buna münasibəti necə oldu?
- Yaxınlarım və ətrafım həyatda necə biri olduğumu bilir və məni yaxşı tanıyırlar. Məsələ ondadır ki, kameraların işığını görən kimi həmin an tam fərqli Afaq canlanır. Kaş ki, şəkillərdə hər zaman açıq-saçıq görməyə alışdıqları Afaqı həyatda da eyni obrazda görə bilərdilər, amma bu, belə deyil.
- Sevgilinizdən ayrıldığınız xəbərləri deyilir? Doğrudu?
- İnsanların ürəyi kimlə istəyirsə, məni onunla sevgili edib sonra da ayırırlar. Əvvəl dedilər ki, Afaq Aslanın sevgilisi dövlət məmurudur, buna görə özündən razıdır və heç kimə əhəmiyyət vermir. Sonra iddia etdilər ki, ərəb şeyxi Afaq Aslana kamaz-kamaz pullar xərcləyir deyə özündən başqa heç kimi bəyənmir. Sonra da məni avtoritetlə sevgili etdilər. Təbii ki, haqqımda yazılanların heç biri həqiqət deyil. Şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm, amma nədənsə insanlar məni hər zaman krallara layiq görür və adımı daim yüksək nüfuzlu iş adamları ilə hallandırmaqdan zövq alır.
- Psixoloqlar deyir ki, qadının öz bədənini həddən artıq nümayiş etdirməsi onun dəyərdən düşməsinə səbəb olur. Bu fikirlə razısınız? Əks cinsin sizə qarşı diqqətini itirməkdən qorxmusunuz ki?
- Baxın, zənnimcə, dəyərdən o xanım düşər ki, hər kəs üçün əlçatan olsun və onu hamı asanlıqla əldə etsin. Təbii ki, bədən gözəldirsə, onu nümayiş etdirməyə dəyər. Gözəllik onu göstərmək, göz isə gözəlliyi seyr etmək üçün yaranıb.
Dünya ulduzlarının əksəriyyətinin qüsursuz bədəni var və heç biri də bədənləri kompleksiz şəkildə nümayiş etdirməkdən çəkinmir. Amma o sənətçilər cəmiyyət üçün əlçatmazdır. Qadının dəyəri onun əlçatmaz olmasından asılıdır. Odur ki, məşhur sima nə qədər əlçatmaz olursa, onun haqqında bir o qədər çox danışılır, müzakirələrə səbəb olur və hər kəsin diqqət mərkəzində olur. Mən gördüyünüz və bildiyiniz şou-biznes nümayəndələrindən fərqli olaraq nə edirəmsə, hər şeyi aşkarda edirəm, altdan işlər çevirmirəm.
Qoy altdan işlər çevirib həyatda minbir oyundan çıxıb kameraların işığını görəndə ağlayıb sızlayıb gözüyaşlı abırlı-həyalı qadın obrazını yaradanlar ehtiyatlı olsunlar ki, kirli keçmişləri işıqlı gələcəklərinə kölgə salmasın.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI