Magazin1
Avtomobil qəzasına düşdüyü deyilən aktrisa: “Bu camaat məndən nə istəyir?”
“Avtomobil qəzası keçirməmişəm. Bu camaat məndən nə istəyir, bilmirəm. 20 il əvvəl ayağım həyətin içində burxulmuşdu, onda da yazmışdılar ki, avtomobil qəzasına düşmüşəm. Sadəcə yıxılanda ayağım əzilib. Yaşlı adam olduğumdan sümüklərim zəifdir, odur ki, həkimlər uzanmağı tapşırıb”.
Bu sözləri avtomobil qəzası keçirtdiyi deyilən aktrisa, əməkdar artist, tanınmış rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə Publika.az-a danışarkən deyib. O bildirib ki, narahatçılığa əsas yoxdur:
“Çox xahiş edirəm ki, mətbuatda avtomobil qəzası keçirdiyimlə bağlı xəbərlər yayımlanmasın. Çünki bu, yalan məlumatdır. Əgər avtomobil qəzası olsaydı, məhkəmə cinayət işi açılardı. Bilmirəm ki, bu məlumatı kim bir-birinə ötürür. Belə bir hadisə baş verməyib axı”.
72 yaşlı aktrisa onu da əlavə edib ki, “Dağıntılar altında” serialının çəkilişləri davam edir. Lakin ona dikdaban ayaqqabı çox geyinmək və gəzmək olmaz.
Qeyd edək ki, bu gün mətbuatda ulduzun avtomobil qəzası nəticəsində ayağı sındığı barədə məlumatlar yayılıb.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)


























.jpg)
.jpg)
