Magazin1
Nadir Qafarzadə və Elton Hüseynəliyev səfir oldu - FOTO
21 iyul tarixində “Crystall Hall”da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına iki həftədən bir qədər çox vaxt qalıb.
Publika.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub.
Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.
Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Müğənnilər Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan edilib.
Qeyd edək ki, bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da festival könüllülərinin “Ulduz səfirləri” elan olunub. Onlar festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.
Atletlər Kəndi yarışa tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idmansevərlərə qapılarını açacaq.
Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər kəs şəxsiyyət vəsiqəsi ilə dörd ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə çox sayda bilet ala bilər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
