Magazin1
Elton Hüseynəliyev: "Atama 3 gündən artıq yas tutmadım, tutmaram da"
"Gürcüstanda toyda oynamağıma gəldikdə... Bəli, bu rəqs atamın yas mərasimindən sonra olub. Hətta video çəkilə-çəkilə Nazənin xanıma demədim ki, paylaşma. Süni bir söz heç vaxt deməmişəm, demərəm də. Atama üç gündən artıq yas tutmadım, tutmaram da. Atam Allahın rəhmətinə qovuşub. Bu dünyadan imanlı gedib, kafir kimi yox. Gözü yolda qalmayıb, rahat gedib. Anamdan, məndən, gəlinlərindən, övladlarından və nəvələrindən razı gedib".
Publika.az xəbər verir ki, bu sözləri bir neçə həftə əvvəl atası rəhmətə gedən müğənni Elton Hüseynəliyev instaqramda yazıb. Atasının qırxı çıxmamış toyda rəqs etdiyi üçün tənqid edilən müğənni izləyicilərin iradlarına cavab verib:
"Ürəyimdə ömürboyu ağrısı, gözümdə yaşı bitməyəcək. Atamın yerini heç kim verməyəcək. Mənə rəqs etməyi atam öyrədib. İndi ruhu şad olsun ki, Elton onun tərbiyəsini yaşayır. Bəziləri kimi kiminsə qabağında pula görə yaltaqlanmıram, başqasının aldığı kostyumu geyinib, kişilikdən dəm vurmuram. "İnsanlar nə deyər" düşüncəsi ilə yaşamamışam, yaşamayacam da. Xoşbəxtəm, ona görə ki, özüməm. Bir gündə min obraza girənlərdən olmaqdansa, ölmək yaxşıdır.
Hamıya hörmət edirəm. Artıq-əskik yazanlara isə demək istəyirəm ki, etik qaydadan çıxmaq insana hörmətsizlik gətirir. Hər kəs fikirlərini özünə saxlasın, öz həyatına baxsın. Başını İnstqramda hər yerə soxmasın. yaxşı insan olmaq rolunu oynamıram mən".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
