Magazin1
Elza Seyidcahan Dadaşlinskinin verilişində deputatlıqdan görün NƏLƏR DEDİ: Mikrobdur və ya... - VİDEO
İctimai Televiziyada yayımlanan “3 D” verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
Publika.az xəbər verir ki, müğənni proqram üçün seçdiyi libası ilə diqqət çəkib. Xüsusilə quş tüklərindən hazırlanan qanad bəzəkləri onu daha cəlbedici göstərib. Ən maraqlısı odur ki, o, saçlarını maska ilə tamamlayıb.
Geyimi ilə aparıcını təəccübləndirən müğənni Dadaş Dadaşlinskinin “Professor Arif Məlikovun bəstəkarlıq sinfində dərs alımısınız. Necə düşünürsünüz, indiki fəaliyyətiniz müəlliminizin adına layiqdirmi” sualına belə cavab verib:
“Müəllimimin adını hər zaman uca tutmuşam. Hər bir addımı atanda fikirləşmişəm ki, buna müəllimim nə deyərdi. Konservatoriyanı bitirdikdən sonra əlamətdar günlərdə onun evinə gedib yada salırdım. Hətta sonuncu doğum günündə səhhətində bir balaca nasazlıq var idi, nəvəm və bacımla tort alıb onu təbrik etdik. Onda Arif müəllim dedi ki, sənin musiqində ritmlər və ladlar tez-tez dəyişir, bu, çətindir, amma çox yaxşıdır”.
Elza Seyidcahan verilişdə millət vəkili olmaq arzusundan da danışıb:
“Müəllimim də, müəllimimin müəllimi Qara Qarayev də millət vəkili olub. Atdığım addımlara heç bir zaman nə biganə, nə də təsadüfi yanaşmıram. Bu arzum hələ də qalıb. Dünyada çox açıq-saçıq geyinən millət vəkilləri var. Mən açıq-saçıq yox, ekstravaqant geyinirəmsə, bunun nəyi ayıbdır ki”.
Müğənninin aparıcının “İtiniz hansı musiqiyə qulaq asır” sualına cavabı belə olub:
“Elə musiqilər var ki, ona nə dostlarım, nə ailəm, nə itim, nə də pişiyim qulaq asa bilər. Ümumiyyətlə, bizim sənətdə baş verən hərc-mərclikləri və bəzi musiqiləri digər kanallar efirə verəndə yazmalıdır ki, dinləməyin mikrobdur və ya gələcəyiniz və musiqimiz üçün təhlükədir. Necə ki, siqaretin üstünə yazırlar ki, sağlamlığa ziyandır.
Məni anlayanları yox, məni anlamayanları axtarıram. O insanlarla həyatda görüşəndən sonra nəinki məni anlamağa başlayır, hətta mənə aşiq olurlar. O, özünü bağışlaya bilmir ki, niyə indiyə qədər Elza yaradıcılığını anlamamışam”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)


























.jpg)
.jpg)
