Magazin1
Məşhur tarzən: “Yaratdığın başlanğıclar üçün səni daim yüksəklərdə anacağıq”
Azərbaycan professional musiqi sənətinin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi təntənə ilə qeyd edilir.
Publika.az xəbər verir ki, bütün musiqiçiləri bu gün münasibətilə təbrik edən tanınmış tarzən Arslan Növrəsli musiqiyə gəlişini yada salıb.
“Bu gözəl payız havası məni çox-çox keçmişlərə apardı, 1987-ci ildə, düz 33 il bundan əvvəl, dərin musiqi dəryasına qovuşduğum günə. Balaca uşaq bir əlində tarı güclə tutaraq digər əli ilə atasına bərk-bərk sarılıb musiqi dünyasına ilk addımlarını atanda bilmirdi ki, həyatının neçə onilliyini Azərbaycan mədəniyyətinə həsr edəcək. Həm də bir göz qırpımında haqladığı 40 yaş ərəfəsində Üzeyir Hacıbəyli dühasını dərk edən bütün musiqisevərləri təbrik edəcək.
Sənə minnətdarıq, ey dahi insan! Musiqimizi layiqincə təbliğ etməyə yaratdığın şərait və başlanğıclar üçün səni daim yüksəklərdə anacağıq. 135-ci doğum günün mübarək!”, - tarzən qeyd edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
