Vüsalə Əlizadə: "Üç gün komada qaldım"- FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Vüsalə Əlizadə: "Üç gün komada qaldım"- FOTO/VİDEO

Teleaparıcı Vüsal Əlizadənin "Həyat " adlı şeiri işıq üzü görüb.

Publika.az xəbər verir ki, aparıcı şeirə ekran həyatı verib.

Rejissor Nail Naiboğlunun lentə aldığı klipdəki baş verənlər real həyatda qarşılaşa bildiyimiz hadisələrdir. Klipdə bir neçə məşhur simalarla bərabər xalq artisti Nübar Novruzova və Vüsalə Əlizadənin qızı Dilək də yer alıb.

Çəkilişlər müxtəlif məkanlarda baş verib. Klipin sonunda Vüsalə Əlizadə yenidən həyata davam etməsi səhnəsi yer alır.

Teleaparıcının bu yeni işi onun həyatının ən ağır günlərində ərsəyə gəlib.

Vüsalə Əlizadə "Hayat" adlı şeirini həyatla mübarizə apardığı bir vaxtda yazıb: "Həyat" adlı şeirimi martın 15-də təqdimat etməyimin əsas səbəbi mən bu tarixdə yenidən həyata qayıtmağımdır. Ağır böyrək əməliyyatı keçirmişəm. Şeiri gecə saat 4-də yazmışdım. Səhər yuxudan oyandım, elə bildim yuxuda yazmışam. Əməliyyat vaxtında komaya düşmüşdüm.

Əməliyyat olundum, palataya köçürüldüm. Daha sonra daxili qanaxma oldu və üç gün komada qaldım. Həyatla mübarizə apardığım günün məhsuludur "Həyat" şeirim.

Klipi Nail Naiboğluna həvalə etdim. İdeya müəllifi özümə aiddir. Ekran əsərində qızım Dilək də rol alıb.Əgər əvvəllər tək özümə yaşayırdımsa, bu gün Diləyim üçün yaşayıram. Mənim də həyatım odur".

Qeyd edək ki, klipin təqdimatı ATV-də yayımlanılanan "7 Canlı " verilişində baş tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm