Magazin1
Aygün Kazımova: “50 yaşım oldu, məyus oluram ki...”
Xalq artisti Aygün Kazımova onu zirvəyə aparan yolun çətinliklərlə və ağır sınaqlarla dolu olduğunu deyib.
Publika.az xəbər verir ki, Xalq artisti bu barədə “MTV” kanalına müsahibəsində danışıb:
“Bəlli bir yerə gəlmisənsə, tanınır və sevilirsənsə, çətinliklər olmalıdır. O yol çox çətin bir yoldur. Asanlıqla heç nə əldə etmək olmur. Öz səhvlərimə görə o qədər yıxılmışam. Çoxları düşünüb ki, mən artıq o problemdən sonra qalxmaram. Amma birdən simurq quşu kimi öz külümdən yenidən doğulmuşam. Bu xasiyyətimə görə, tez-tez məni bu quşa oxşadırlar. Səhvlərimə görə bu yerə çatmışam. Yoluma çıxan və qarşımı kəsən o insanları indi yadıma salanda əylənirəm. Həyat təcrübəsi əldə edəndən sonra anladım ki, gözəl yerlərə gəlib çıxmaq üçün qəlbinə fikir verməlisən. Niyyətin hara, mənzilin ora.
50 yaşım oldu, az yaş deyil. Sözsüz ki, məni kövrəldən anlar da olub. Özümü hərtərəfli xoşbəxt hiss edirəm, amma insan 24 saat xoşbəxt olmur ki, anlarla, dəqiqələrlə xoşbəxt olur. Təbii ki, insanam, kənardan pis xəbərlər gəlir, bəd xəbər də, kiminsə ölümü də ola bilər. Bir anlıq məyus oluram, insanın yaxınlarının yerinə özümü qoyuram, sonra həyat davam edir deyib addımlayıram”.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var









.jpg)

.png)















.jpg)
.jpg)





