Magazin1
Xalq artistindən ÇAĞIRIŞ: Dəyərli sənətçilər, musiqi alətlərinizi...
Xalq artisti Tünzalə Ağayeva “İzzət şou” verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, sənətçi pandemiyanın insanlar üçün gözlənilməz olduğunu bildirib: “Pandemiya bizim gözləmədiyimiz hadisə oldu. Alışdığımız, hərəkətli səhnə fəaliyyətimiz dayandı. Artıq ikinci ildir ki, iqtisadi olaraq çətinlik yaşayırıq. Bütün dünyada artistlər pandemiya səbəbindən sənət istiqamətini dəyişdi. Peşəkarlar belə hadisələrdən faydalanmalıdır, əlini-qolunu sallayıb, depressiyaya düşməməlidir. Pandemiyada studiyamı bağladım, amma sənətimi davam etdirdim.
Müharibə dövrü oldu, şəhidlərimizə, qələbəmizə aid mahnılar yazdım. “Şuşam mənim” mahnısı şəhidlərimizə həsr olundu. Müharibə bitməmişdi, amma mən hisslərə qapılıb “Gözün aydın, Qarabağ” mahnısını yazdım. Soruşurdular ki, ərkən deyil bu mahnını oxuyursan? Deyirdim, yox. Sonra “Əsgər sevgilim” mahnısını yazdım. Sıxıntılar olsa da, bəzi qurumlar, insanlar mənə dəstək oldular, bir neçə layihə ərsəyə gətirdim”.
Müğənni pandemiyada onu üzən hadisələrdən də danışıb: “Artist həmişə səhnədə olmalıdır. Məni üzən məsələ dəyərli sənətçilərin ölkəni tərk etməsi, musiqi alətlərini satması, başqa işlərlə məşğul olması oldu. Onlar ölkədən getməsin, musiqi alətlərini satmasınlar. Allah hamımıza xeyirli qapılar açsın. Mədəniyyətimiz məhv olmasın”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
