Magazin1
Sərxan Sərxan danışdı: “Sensasiya yaratmağa çalışıb”
Elə jurnalistlər var ki, 1 dəqiqəlik məşhurluq üçün sensasiya yaradırlar. Bəzən müsahibənin kontekstindən kənara çıxırlar. Bunu bilərəkdən və məqsədli şəkildə etdiklərini düşünmürəm... Bu yaxınlarda incəsənət və estrada musiqisi barəsində geniş müsahibə vermişdim, hansısa sözə interpritasiya edərək başlıq çıxarıb internetdə paylaşıblar.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan videomüraciətində deyib. O, sonuncu müsahibəsində rayonluların teatr, konsert anlayışının olmaması barədə yayılan xəbərlərə aydınlıq gətirib. Sosial şəbəkələrdə kəskin tənqidə məruz qalan müğənni anlaşılmazlıq olduğunu və hadisələrin bu cür vəziyyət almasına üzüldüyünü bildirib:
“Düz etmirlər, cəmiyyətdə fikir ayrılığı yaradırlar. Gənc jurnalistlərə həmişə yardım etməyə çalışmışam. Amma belə alçaq yolla məşhurluq qazanmaq olmaz. Məndən müsahibə alan jurnalistin belə bir məqsədinin olduğunu düşünmürəm. O, ürəklə işini görürdü. Mən hətta yazını oxumuşdum. Görünür, yazıda müxtəlif mövzular olsa da, daha yüksək səlahiyyətləri olan şəxs həmin ifadəni önə çıxararaq sensasiya yaratmağa çalışıb.
İstəyirəm, onlar bundan arınsınlar. Bu, bizi birləşdirmir, tam əksi, parçalayır. Diqqətli olun. Hər bir halda mən sizin hamınızı, bütün Azərbaycan xalqını sevirəm. Yazıda qeyd ediblər ki, rayonluları sevmir, dərinə getsək, biz elə hamımız rayonluyuq. Heç vaxt bunu ayırmamışam. Sizin üçün darıxıram. Uçuşlar mümkün olduğu halda Moskvadan qayıdacağam”.
Məlumat üçün bildirək ki, Sərxan Sərxanın “Rayonlu nə bilir konsert nədir, teatr nədir?” başlığı altında yayılan müsahibəsi səs-küy doğurmuşdu.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


























