Magazin1
Məşhur aparıcı: Şərəf qıtlığı yaşayan…
Azərbaycan qadını Şərqdə ilk öz hüquqlarını qazanmış qadındır! Gündəm xətrinə özünü söydürən, şərəf qıtlığı yaşayan "YanTural" o təfəkkür yiyəsi, eləcə də heç bir söz sahibi deyil ki, onun sözləri kütlədə hər hansı bir rol oynasın.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Mehin Hümbətova instaqramda yazıb. O, dünən sosial şəbəkədə kişilərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edən və özünü “Pantural” kimi təqdim edən blogerə kəskin münasibət bildirib.
“Sadəcə ürəkbulandıran milçəkdir. Tərbiyə, əxlaq geyimin metrəsiylə ölçülmür. Bunu o balaca və özünə belə faydası olmayan beyninə yerləşdirərsən yəqin ki, bu qədər söz-söhbətdən sonra. Əminəm ki, hüquq-mühafizə orqanları səni layiqincə cəzalandıracaq. Azərbaycan qadınından və xalqından üzr videonu səbirsizliklə gözləyirəm”, - aparıcı paylaşımında vurğulayıb.
Qeyd edək ki, sözügedən şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı “harada açıq-saçıq q****q gördüz, zorlayın” adlı çağırış edirəm”, - deyə şərh yazmışdı. “Pantural” ləqəbli Tural Səfərov polis idarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparıldıqdan sonra sosial şəbəkədə video paylaşaraq dediyi sözlərə görə hər kəsdən üzr istəyib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
