Magazin1
Müğənni Elnarə makiyajsız tanınmaz halda – FOTO
Müğənni Elnarə Xəlilova makiyajsız halı ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, sənətçi sosial şəbəkədə onun təbii halını tənqid edənlərə cavab verib.
O, bildirib ki, həyat bizə sağlam və azad yaşamaq üçün verilib. Odur ki, bu həyatı başqalarını tənqid etməklə keçirməyə dəyməz: “Fərqi yoxdur, necə görsənirsinizsə görsənin: yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün. Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə, həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun. Balaca şeylərlə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun. Qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa, onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız".

-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır








.jpg)







.jpg)



















.jpg)

.jpg)