Magazin1
Rüstəm Cəbrayılovla 51 yaşlı Əməkdar artist SEVGİLİ ROLUNDA - - FOTO/VİDEO
Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin dünən qala gecəsi baş tutub.
Publika.az verir ki, “Caspian Media Holding” tərəfindən lentə alınan filmin qala gecəsi Nizami Kino Mərkəzində baş tutub.
Filmdə baş rolları Əməkdar artist Gülzar Qurbanova və “Best Model of the World” müsabiqəsinin qalibi Rüstəm Cəbrayılov canlandırıb. Gülşad Baxşıyeva, Taleh Yüzbəyov, Sevinc Əliyeva, Nərmin Kərimbəyova, Şakir Əhmədzadə və digər aktyor heyətinin rol aldığı ekran işinin ssenari müəllifi Nicat Dadaşov, rejissoru Emin Muradov, operatoru isə Rauf Qurbanəliyevdir.
Film nümayiş olunmazdan əvvəl qırmızı xalı önünə keçib fotoqraflara poza verən baş rol qəhrəmanları - Əməkdar artist Gülzar Qurbanova və model Rüstəm Cəbrayılov daha sonra jurnalistlərin suallarını cavablandırıb. Gülzar Qurbanova qeyd edib ki, bu film insanlara sevgilərinə sahib çıxmağı və ən əsası, gecikməməyi öyrədəcək:
“Film tələbəsinə aşiq olan müəllimin hekayəsindən danışır. Lakin dövrün qınağından ehtiyat edərək işgüzar fəaliyyətinə kölgə salmaması üçün sevgisini dilə gətirmir. Müəyyən zaman keçir, illər və aylar ötür, onlar yenidən bir-biri ilə görüşür və yenidən ayrılırlar. Amma bu cütlüyün görüşü inanılmaz və gözlənilməz şəkildə baş verir. Filmdə 4 fərqli yaş dövrünü canlandırmışam, 25 yaşdan 55 yaşa qədər. Ümidvaram ki, film bəyəniləcək. Çünki insanların sadə və ibratəmiz sevgi hekayələrinə ehtiyacı var. Kinoteatr zalını tərk edəndən sonra tamaşaçılar sevdiklərinə “Səni sevirəm” sözünü deməkdən çəkinməyəcək. Dünyanın dörd bir yanından bizi izləyən insanlara demək istəyirəm ki, vaxtında sevginizə sahib çıxın.
25 yaşlı qızı canlandırmağın bəzi çətinlikləri var. Kino praktikasında 25 yaşlı aktrisanı 35, 45 yaşında görmüşük və bu, rahatdır. Lakin 50-ni haqlamış bir aktrisanın 25 yaşlı qızı oynaması asan olmadı. Bunun üçün peşəkar qrim ustaları çalışdı. Bəli, qrimlə görkəmi dəyişmək olar, amma uyğunluq, ifadəni və auranı teatrlaşdırmaq olmaz. Tamaşaçılar o saxtakarlığı və süniliyi dərhal duyacaq. Tamaşaçını zahiri görkəmlə aldatmaq olmaz. Ola bilər ki, filmdə qüsurlar olsun. Heç vaxt qüsurları axtarmıram, mənim üçün əsas energetika və auradır. Ümid edirəm ki, dediklərim özünü doğruldacaq və insanlar kino zalını tamamilə başqa bir aura ilə tərk edəcək”.
Filmdə aktyorların gənclik və yaşlılıq dönəmi üçün seçilən obrazların hazırlanmasında xarici ölkədən dəvət olunmuş qrim ustaları çalışıb. “Caspian Media Group”un hazırladığı “Nazik mətləb” filminin layihə rəhbəri Hüseyn Cavadzadə, direktoru İrəm Laçındır.
Gecədə sabiq baş nazir Novruz Məmmədov, Müdafiə Sənayesi naziri Mədət Quliyev və xanımı Zəhra Quliyeva, millət vəkili Jalə Əliyeva, Xəzər TV-nin rəhbəri Murad Dadaşov, kino tənqidçi Aydın Kazımov, modelyer Fəxriyyə Xələfova, Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva, aparıcı Kamilə Babayeva və başqaları iştirak edib.
Aytən Məftun
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla