Magazin1
Nüsrət Kəsəmənlinin nəvəsi: O, ən böyük dayağım olub
“Nazik mətləb” filminin çəkilişləri müharibədən əvvəl olub. Çəkilişlərdən sonra hərbi xidmətə yollandım, narahat idim ki, təqdimat mərasimində iştirak edə bilməyəcəm. Karantin və digər səbəblərə görə filmin yayımlanması gecikdi. Layihə bu gündən etibarən bütün kinoteatrlarda yayımlanacaq. Əsas odur ki, filmin keyfiyyətinə söz ola bilməz.
Bu sözləri Publika.az-a aktyor Cavidan Kəsəmənli deyib. Aktyor bildirib ki, Əməkdar artist Gülzar Qurbanova ilə eyni filmdə rol almaq onun üçün fəxrdir:
“Böyük sənətkarlarla böyük səhnəni bölüşməmişdim, çünki təhsilimi yeni bitirmişdim, sonra hərbi xidmətə yollandım. Təbii ki, Gülzar xanım kimi aktrisanın oğlunu oynamaq həyəcanlı idi. O, o qədər peşəkar aktrisadır ki, öyrənəcəyimiz çox xırdalıqlar var. Eyni zamanda da sadə insandır, çəkilişlər çox maraqlı keçdi”.
Cavidan Kəsəmənli qeyd edib ki, bu sənətdə çox iddialıdır və ən böyük dəstəkçisi əmisi Rəşad Kəsəmənlidir: “O, uşaqlıq vaxtımdan indiyə qədər ən böyük dayağım olub. Eyni peşə sahibləriyik, ailəmin içindən olan biridir. Onun həm görüntü olaraq, həm də sənətinə heç kimin sözü ola bilməz. Nümunəvi aktyordur. Bilirəm ki, mənim üçün də uğurlu olacaq. Zarafatyana da olsa, deməliyəm ki, Allah məndən heç bir şeyi əsirgəməyib”.
44 günlük Vətən müharibəsində iştirak edən Cavidan bildirib ki, bu, onun üçün çox həssas bir mövzudur: “Müharibə arzuolunan hadisə deyil, amma ortada işğalçılıq faktoru var idi. Biz torpaqlarımızı azad etməli idik. O torpaqlar bizimdir və hər zaman bizim olacaq. Ordumuzun gücü müqayisəolunmazdır. Bir az həyəcan və qayğı vardı. Kimsə deyirsə, həyəcanlı deyildim, bunu səmimiyyətdən uzaq kimi qiymətləndirirəm. Bir müddət sonra biz o situasiyaya alışdıq. Həm də qürurla deyirəm, mən, əsgər yoldaşlarım və digər müharibə iştirakçıları savaşa məsuliyyətlə hazırlaşmışdıq. İkinci Qarabağ savaşı bizə iradəli, səbirli olmağı, aclığa, susuzluğa dözməyi, dostluğun, yoldaşlığın dəyərini anlamağı öyrətdi. Ən əsası, tarixi qələbə sevincini yaşadıq”.

-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır








.jpg)







.jpg)



















.jpg)

.jpg)