Magazin1
"Səs Azərbaycan" layihəsinin finalçıları bəlli oldu
Dünyaca məşhur The Voice layihəsinin Azərbaycana lisenziyalı adaptasiyası olan "Səs Azərbaycan"-ın finalçıları məlum olub.
Publika.azxəbər verir ki, 2021-ci ilin oktyabr ayında İctimai Televiziyada müsabiqənin dinləmələri başlanıb. Verilişin aparıcısı Azər Süleymanlı, mentorları xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, eləcə də populyar müəllif və ifaçı Murad Arifdir.
Bir neçə ay ərzində mentorlar öz komandalarının finalçılarını seçiblər.
Brilliant Dadaşovanın komandasından Emil Tağıyev finala yüksəlib.
Tünzalə Ağayeva Hidayət Əliyevi seçib.
Eldar Qasımov Nadir Rüstəmli seçimi üzərində dayanıb.
Murad Arif Leyla İzzətovanı dəstəkləyib.
Layihənin finalı canlı yayımlanacaq. Finalın dəqiq tarixi hələ açıqlanmayıb.
Xatırladaq ki, 2019-cu ilin aprel ayında İctimai Televiziya Talpa Global B.V. şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Əvvəlcə layihə yalnız uşaqlar üçün nəzərdə tutulsa da, sonra böyük ifaçılara tətbiq edilib.
Gənc müğənni Əminə Hacıyeva Azərbaycanda "Səs. Uşaqlar"ın qalibi olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
