Magazin1
Xoşqədəmdən SƏRT SÖZLƏR: Kişidir, ona hər şey olar...
Mənə vəhşi və təhlükəli bir qadın olduğumu dedilər. Mən doğruları danışıram. Doğrular da vəhşi və təhlükəlidir. Bu gün bir daha qadın olmağın nə qədər ağır, çətin olduğunu anladım… Hər kəs səndən umur, gözləyir. Qadınsansa dürüst, abırlı, sədaqətli, halal, sayğılı, etibarlı sən olmalısan! Bəs kişi?! O, kişidir, ona hər şey olar. Xəyanət də edər, oğurluq da. Haramçılıq, kürəyinə xəncəri də vura bilər, öz mənfəəti üçün səni də sata bilər, çünki o, kişidir! Ailə dağılırsa, qadındır günahkar, uşaq oxumursa, gələcəkdə avara olacaqsa, yenə də günahkar anadır, qadındır! Uşaq tərbiyəlidirsə, atasına halaldır, məktəbi yaxşı bitirdisə, "bravo filankəsin oğluna". Yəni, dostlar ailədə bir şey pisdirsə, günahkar qadındır, yaxşıdırsa, "bravo ataya".
Publika.az xəbər verir ki, bu sözləri "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı instaqramda yazıb.
“Səni axtarıram”ın dünənki buraxılışında qayınanasını bilməyərəkdən öldürdüyünü etiraf edən Ağcabədi rayon sakini Məmmədova Əfsanənin hekayəsindən təsirləndiyini yazan aparıcı duyğularını dilə gətirib:
"Nə deyim? Bu gün mənə yuxu yoxdur. Bütün əzablarımı, övladım üçün mücadiləmi, anamın "qadın susar, ailəsini dağıtmaz" nəsihətlərini düşündüm, ağladım və hələ də ağlayıram… Bəlkə də xoşbəxtəm, qızımın dərdini, acılarını görməyəcəm… Saat 02:17-dir, yuxum ərşə cəkilib… Yüksək, hamının duya biləcəyi bir səslə ağlamaq istəyirəm, amma yan otaqda yatan əkizləri düşünürəm. Göz yaşlarım içimə axır, hər zaman olduğu kimi. Axı kimsə zəif olduğumu bilməməlidir. Axı mən qadınam, dözümlü olmalıyam".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
