Magazin1
Məşhur xanım müğənnidən QALMAQALLI SÖZLƏR: Kişiyə halal, qadına isə haramdır...
Yoldaşımla çox gözəl dostuq. Bizim ailə həyatımız dostluqdan başlayıb. Ona görə də biz bir-birimizə güzəştə gedirik. O, məni çox anlayır. Anlayışlı biridir. Əlbəttə ki, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz.
Publika.az">Publika.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı MTV kanalına müsahibəsində deyib.
Müğənni hesab edir ki, ailədə yaranan boşluqlarda bir çox hallarda elə xanımlar günahkardır:
“Qadında da günah olur. Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın var ki, deyir ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır. Və yaxud başı başqasına qarışır. Mənim həyat yoldaşımda qısqanclıq yoxdur. Biruzə də vermir. Arada deyirəm ki, bu, məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir”.
Heç bir kişinin ideal olmadığını bəyan edən ifaçı, xanımlara irad və məsləhətini də gizlətməyib:
“Araşdırma etməyi sevirəm, zamanım olanda da psixoloq yanına gedirəm. Gərək axtarmayasan, axtarsan tapacaqsan. Ona görə özünüzü sevin, özünüzə qiymət verin. Qarşı tərəfə də sevginizi elə miqdarda verin ki, nə o sizdən bezməsin, nə də ki, arxayın düşməsin. Özünüzü, bir çiçək, sevdalı, baxımlı bilin. Ailədə pərdəni aradan götürməyin. Kişi də qadını o qədər sevməlidir ki, qadın ondan arxayın olmalıdır. İdeal insan yoxdur, axtarmayın. Həyat yoldaşınıza da ideal kimi baxanda çox pis əziyyət çəkəcəksiniz. Qadınlar, kişilərin telefonunu axtarmayın. Gələr qrupa şəkil düşər, evdə qırğın çıxar. Elə idarə edin ki, nə şiş yansın, nə də kabab”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


