Magazin1
Rus gözəli qadağalara etiraz olaraq görün nə etdi - VİDEO
Monakoda yaşayan rusiyalı aparıcı, aktrisa və model Viktoriya Bonya “Chanel”dən olan çantasını sosial şəbəkədə izləyicilərin gözü qarşısında kəsib doğrayıb.
Publika.az xəbər verir ki, o, bu addımı brendin məhsullarını Rusiya vətəndaşlarına satışını qadağan etməsinə etiraz əlaməti olaraq edib. Sözügedən videonu instaqram hesabında paylaşan model “ “Chanel” moda evi müştərilərinə hörmət etmirsə, biz niyə ona hörmət edək?” sözlərini qeyd edib.
Viktoriya #byebyeCHANEL həştəqi ilə “Mən heç bir brendin müştərilərinə “Chanel” qədər hörmətsiz davrandığını görməmişəm” sözlərini yazıb.
Qeyd edək ki, sözügedən brend Rusiyanın Ukraynaya qarşı yönəltdiyi hərbi əməliyyatlar fonunda bir çox brend kimi mağazalarını bu ölkədə bağlayaraq satışı dayandırıb. Bundan başqa, bir müddət əvvəl məlum olub ki, digər ölkələrdə fəaliyyət göstərən “Chanel” mağazaları rus müştərilərə satış etmir və ya həmin məhsulu Rusiyada istifadə etməyəcəyinə dair bəyanat imzalamağı tələb edirlər.
Посмотреть эту публикацию в Instagram
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO






.jpg)


.jpg)










.jpg)















.jpg)







