Magazin1
Məşhurlardan Hüseyn Həsənovla görüşlə bağlı ŞOK İFADƏLƏR: “Zombi dünyası...” - VİDEO
Video əlavə olunub.
***
Xəbər verdiyimiz kimi, dünən Bakıda pərəstişkarları ilə görüşən bloger Hüseyn Həsənovun böyük izdihamla qarşılaşması müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, sənət adamları da məsələyə biganə qalmayıb.
Keçmiş aparıcı Turan İbrahimov blogeri görməyə gedən gəncləri qınayanlara belə reaksiya verib: “Baş verənlərdə qeyri-adi heç nə yoxdur. Yeniyetmənin emosional təcrübəsizliyi populyar mədəniyyətin təsirinin təzahürüdür. O uşaqların emosiyaları sabun köpüyü kimi bir şeydir. 3-5 ilə keçib gedəcək. Vaxtı ilə “Beatles”, Elvis Presli, Andrey Qubin, Burak Kut, Küçük Əmrah, Hüseyn Dərya, Elşad Xose, Namiq Qaraçuxurlu və başqaları o emosiyaları yaradırdısa, indilərdə dövran vayner-blogerlərindir. Onların manipulyativ hərəkətləri hələ ki, yeniyetmələrə impuls verir. Çox da narahat olmayın, böyüyəcəklər, keçəcək. O uşaqların içindən dahilər də çıxacaq, böyük-böyük adamlar da”.
Eks-aparıcı Şəbnəm Hümbətova hesab edir ki, gəncliyimiz bərbad deyil: “Nə öyrəniblərsə, onu götürürlər. Onları yetişdirən nəsildən asılıdır. Çox gözəl bilirsiniz ki, övladını tərbiyə etmək istəyən özünü tərbiyə etməlidir birinci. Musiqi zövqü övladınla birgə dinlədiyin musiqidən formalaşır. İşlətdiyi kəlmələr sənin kəlmələrindir. TV-də nəyə baxırsansa, qulağı onu eşidir, gözü onu görür. Seçdiyin dost mühitinə baxır, əhatəsini formalaşdırır. Pulu hansı yolla, necə qazanmağına baxır. Marketə girəndə evə alacağın çörəyin puluna nə alacağına baxır. Maşın sürəndə yolda göstərdiyin mədəniyyətə baxır. Yəni sənə görə doğru nədirsə, ona görə də doğru o olur, hətta formalaşdırıb daha da “doğruya” aparır. “Şüuru var, baxsın, özü öyrənsin” deyirsənsə, mümkün deyil. Çünki öyrənmək və zövqünün formalaşdığı yaşda səni hər şeyi bilən, hər zaman güclü, hamıdan yaxşı və doğru biri kimi tanıyıb. Atdığın addımların izi ilə addımlayır. Ona görə təkrar yazım, gəncliyimiz bərbad deyil, yetişdirən nəslə baxaq”.
Aparıcı Leyla Quliyeva alış-veriş mərkəzindən olan görüntülərdən şoka düşdüyünü gizlədə bilməyib: “Nəyə və kimə görə? İnsan qüruru harada qaldı bəs? Bir məşhur məsəl var: “Yaxşı at özünə qamçı vurdurmaz”. Bəs insan necə, qamçılanar?”
Müğənni-bəstəkar Murad Arif qeyd edib ki, toplaşan izdiham Hüseyn fanatları deyil: “O adam görüşlərində “xalyava” (pulsuz) paylayır. “Xalyava”nın iyinə toplanır millət. O adamların üzündə yazılıb ki, Hüseyn zad hərrəmirlər. Güman ki, dilini də başa düşmürlər. “Fanat” başqa şeydir. Amma burada söhbət sənətçi heyranlığından getmir. Əsla. Qurbanlıq ət paylanan, pandemiya dövründəki pay dağıdılan videolardakı rəzalətin növbəti formasıdır”.
Xalq artisti Faiq Ağayev həmin görüşü “Ağır mənzərə” sözlərilə qiymətləndirib.
Əməkdar artist Firdovsi Atakişiyev həmin mənzərəni “Ətriyyatçı” filmindəki görüntülərlə müqayisə edib: “Ətriyyatçı” filmini xatırladım, bu, ən yaxşı versiyasıdır. Ən pisi isə odur ki, sanki Şeyx Nəsrullah söz verib: onların ölən yaxınlarını dirildəcək. Bir sözlə, “Zombi dünyası”.
Aktyor və rejissor Kamal Yaşar vəziyyəti bu sözlərlə şərh edib: “Can, bütün intellektuallar əsəbiləşib bu gün əməllicə, çırtma vursan, qanları tökülər”.
Aktyor Azər Aydəmir də kadrlara səssiz qala bilməyib: “Sağ ol, Hüseyn... Gəldin, göstərdin, sübut etdin və getdin... Günah səndə deyil... Billah səndə deyil”.
Beynəlxalq hüquq üzrə mütəxəssis Fərhad Mehdiyev isə gəncləri müdafiə edib. O bildirib ki, “Park Bulvar”da məlum tədbirdə iştirak edən gənclərin sayı ümumi gənclərimizin sayının heç 1 faizi deyil:
“Yəni bütün gənclərə aid etməyin. Bu, işin birinci yanı. İşin ikinci yanı ondan ibarətdir ki, bu bloger kimdirsə, bir çox siyasətçidən, ziyalıdan, özünü “opinion-maker” kimi təqdim edən, ya da təqdim olunandan daha uğurludur ki, dəvətinə bu qədər insan toplaşıb. Blogerlər marketinqlə məşğuldur, ayfon vəd edib səhifəsinin izləyicilərini artırırlar, sonra reklamla pul qazanırlar və vəd etdikləri ayfonun pulunu da artıqlaması ilə çıxarırlar.
Kimsə ayfon vəd edir, bir başqası çıxacaq gecə 12-də soyunmağı vəd edəcək, ona baxanlar da azı bir 30 000 nəfər olacaq. Öz növbəsində bu 30 000 ölkədəki seçicilərin təqribən 0.5 faizini təşkil edəcək ki, bundan belə ajiotaj çıxarmağa dəyməz. Hər kəs öz bildiyi, bacardığı işlə məşğul olsa, daha xoşbəxt olacaq”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO