Magazin1
Dünya ulduzları Kann Festivalında - FOTO
Fransanın Kann şəhərində 75-ci Kann Film Festivalı rəsmi olaraq başlayıb və mayın 28-nə qədər davam edəcək. 75-ci festival uzun illər bu vəzifədə çalışan və təqaüdə çıxan festival direktoru Pyer Leskyur üçün sonuncu olacaq. Onu bu vəzifəyə seçilən ilk qadın İris Knoblox əvəz edəcək. Builki film festivalı Yaponiyada kult filminə çevrilmiş Sinitiro Uedanın filmi “One Plan Zombies!”in remeyki olan rejissor Mişel Hazanaviciusun “Final Cut” filmi ilə açılıb. Bu film əvvəlcə Z adı ilə elan edilmişdi, lakin hərbi xüsusi əməliyyat fonunda Ukrayna sakinlərinin xahişi ilə adı dəyişdirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu il Kann Kinofestivalı Ukraynada hərbi xüsusi əməliyyat keçirdiyinə görə Rusiya nümayəndə heyətini qəbul etməkdən imtina edib, lakin rejissorlar Kirill Serebrennikov, Andrey Zvyagintsev və Aleksandr Sokurov üçün istisna təşkil edib. Sokurov dəvətə baxmayaraq, “Nağıl” filmi ilə festivalda iştirakdan imtina edib. O da məlum olub ki, rusiyalı rejissor Kirill Serebrennikovun filminin festivalın əsas proqramında yer almasına baxmayaraq, rusiyalı jurnalistlər Kann kinofestivalına akkreditasiyadan məhrum ediliblər.
Kinofestivalın açılışında Ukrayna Prezidenti Vladimir Zelenski peyk vasitəsilə qonaqlara müraciət edib. O, 10 dəqiqəlik çıxışında ölkəsinin mübarizəni davam etdirdiyini bildirib.
Beynəlxalq festival ilin ən yaxşıları qeyd etməklə yanaşı, həm də ulduzların qırmızı xalıda qlamur və ekstravaqant keçidi ilə məşhurdur.
Məşhurlardan tutmuş modellərə, aktyorlara qədər bütün iştirakçılar festivala həftələr öncədən hazırlaşır, dünyanın ən nüfuzlu moda evlərinə geyim sifariş edirlər. Açılışda Məryəm Uzerli, Eva Lonqariya, Culina Mur və başqaları iştirak edib.
Qırmızı xalı keçidindən fotolar təqdim edirik:
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)
















.jpg)
.jpg)





