Magazin1
Damla onu tənqid edən Elzaya pul göndərdi
Müğənni Damla günlərdir "Səni axtarıram" proqramına çıxan Əməkdar artist Elza Seyidcahana maddi dəstək olub.
Publika.az xəbər verir ki, verilişin dünənki buraxılışında Seyidcahanın tez-tez ifalarını və mahnılarını tənqid etdiyi Damla ona maddi yardım göndərməsi ilə diqqət çəkib. Damlanın ona 500 manat göndərildiyi açıqlanıb.
E.Seyidcahan bildirib ki, Vasif Məhərrəmli, Nazpəri Dostəliyeva, Könül Kərimova, Nəzakət Teymurova, Mələkxanım Əyyubovadan da dəstək gözləyir:
"Damlanın vaxtında şəklini cırıb atmışdım. Sənətə görə bunu etmişəm. Bəzi sənət adamları özlərini xeyriyyəçi kimi göstərirlər, amma elə deyil".
Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.
Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayev 6 il 6 ay və ataları İsif Azayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.
Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə yardım üçün verilişə müraciət etməyə qərar verib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)





























.jpg)
.jpg)
