Magazin1
Məşhur vokalçı Nyu-Yorkdakı lüks mənzilini itirib
Məşhur opera ifaçısı Anna Netrebko Nyu Yorkdakı dəbdəbəli daşınmaz əmlakını itirib.
Publika.az xəbər verir ki, ulduz bu barədə İnstaqramda bir abunəçinin şərhinə yazdığı cavabında etiraf edib. O, bildirib ki, Avstriya Vyanasındakı mənzili Manhettendəki mənzilinin interyerindən geridə qalır.
“Nyu-Yorkdakı mənzilim artıq yoxdur”, - Anna qeyd edib.
Sahəsi təxminən 170 kvadratmetr olan Manhettendəki mənzilini müğənni 2010-cu ildə keçmiş əri, uruqvaylı opera müğənnisi Ervin Şrottla birlikdə alıb. Bu ev cütlüyə təxminən 3 milyon dollara başa gəlib. Mənzildə üç yataq otağı, iki mətbəx və Mərkəzi Parka və Hudson çayına baxan qonaq otağında panoramik pəncərələr var idi.
Anna əmlakını nə üçün itirdiyini deməsə də, lakin müğənninin pərəstişkarları bunun anti-Rusiya sanksiyaları və ya müqavilələrin itirilməsi ilə bağlı maliyyə çətinlikləri ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Anna çətin vəziyyətə düşüb. Əvvəlcə sənətçinin susması onun La Skala, Bavariya və Metropolitan Opera Teatrından qovulmasına səbəb oldu. Bundan sonra Netrebko xüsusi əməliyyatı pislədi və bunun sayəsində La Skalaya qayıda bildi, fəqqət Nyu York Metropolitan Opera Teatrının direktoru Peter Gelb onunla yenidən əməkdaşlığa hələ hazır olmadığını söyləyib. Qeyd edək ki, bu siyahıda ulduzun azərbaycanlı həyat yoldaşı Yusif Eyvazovun da adı var. Eyni zamanda, Rusiyada vokalçının çıxışlarından imtina edilməyə başlanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)

.jpg)


























.jpg)
.jpg)
