Magazin1
Nazilə Səfərli Kəlbəcərə qanunsuz gedib? - RƏSMİ AÇIQLAMA - FOTO
Şairə Nazilə Səfərli işğaldan azad olunan Kəlbəcər rayonuna qanunsuz yolla keçərək, orada nişan mərasimi edib.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, DİN-in İctimai Təhlükəsizlik idarəsi əməkdaşları Nazilə Səfərlini həbs edib. Ona 15 sutka həbs cəzası verilib.
Həmçinin qeyd olunub ki, Nazilə Səfərlinin Kəlbəcərə keçməsinə göz yuman Göygöl və Kəlbəcər rayonu polis əməkdaşlarından bəziləri işdən azad olunub, bəzilərinə töhmət verilib.
Hazırda Toğanalı kəndindəki polis postuna DİN İT İdarəsinin 70-dən çox əməkdaşı cəlb olunub.
Nazilə Səfərlinin sosial şəbəkə hesabından olayla bağlı bu mövqe paylaşılıb:
“Həm özümün, həm də maşınımın portalı (rəsmi icazə nəzərdə tutulur - red.) var. Kəlbəcərə qanunsuz keçmək mümkün də deyil. 4 post keçmişəm. Qanunsuz getmişəmsə, necə buraxıblar?”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov isə bildirib ki, N.Səfərlinin Kəlbəcərə səfəri tam qanuni şəkildə olub:
"Portalda qeydiyyatdan keçib və Kəlbəcərə qanuni olaraq gedib".
(Azar.az)
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






.jpg)




























.jpg)


