Magazin1
Zaur efirdə danladığı operatorun könlünü aldı - VİDEO
Aparıcı Zaur Baxşəliyev ötən gün efirdə danladığı operatorla bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə o, elə “Bizimləsən” proqramında danışıb.
Zaur məhz həmin əməkdaşın yanına gedərək “Dünən arxadan göstərmisiz, heç kim üzünü görməyib, bütün sosial şəbəkə platformalarında paylaşılıb. Adam deyir, üzümü göstərərdiz, populyarlaşardım. Gəlirəm, yanına səni məşhurlaşdırmağa. Bu mənim Fəridim, ürəyimdir. Hər yerdə mənimlə fotosu çıxan Fəriddir”, - deyə bildirib.
Daha sonra operator 12 ildir ATV-də çalışdığını, bu müddəti elə Zaurla birgə işlədiyini qeyd edib. Baxşəliyev isə Fəriddən həmin rəftarına görə pis olub-olmadığını soruşub. Əməkdaş normal şəkildə işinə davam etdiyini söyləyib. “Deyirlər, Fəridə psixoloji travma vermisən”, - deyə, aparıcı vurğulayıb.
Qeyd edək ki, Baxşəliyev ötən günlərdə efirdə özündən çıxmış, bu zaman operatora sərt reaksiya verərək onu yönləndirmişdi. Aparıcının bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmamış, tənqid olunmuşdu.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO








.jpg)




























.jpg)

.jpg)