Magazin1
Azər Aydəmir: "19 yaşımda hər iki valideynimi itirdim"
Atam rəhmətə gedəndə 47, anam dünyasını dəyişəndə isə 63 yaşı olub. 19 yaşımda artıq hər iki valideynimi itirdim, ali təhsilim yarımçıq qaldı, tək yaşamağa başladım. Bu, Allahın, taleyin bir missiyası idi.
Publika.az xəbər ki, bu sözləri “Düzünə qalsa” verilişində "Əqrəb mövsümü"nün müəllifi, aktyor və aparıcı Azər Aydəmir deyib. Sənətçi bildirib ki, valideynlərini itirdikdən sonra tək yaşamağa başlayıb.
“Adam var çətinliyi, 26, 36, 50 yaşında görür. Dostumun atası 50 yaşında rəhmətə getdi, necə balaca uşaq kimi ağlayırdı. Həyat bir oyundur, mərhələlər var. Kimisi bunu sonda keçir.
Mənə elə gəlir ki, sonda olanı əvvəldə keçdim və yetəri qədər də uğurlu alındı. Yavaş-yavaş başa düşdüm ki, harasa gedirəm və bütün bunlar imtahanlar idi. Hesab edirdim ki, seçilmiş insanam! 18-19 yaşımdan, tək, dostlarımın əhatəsində böyüyürəm. Qohumlarla əlaqəm kəsilib. İllər sonra onları görürəm, mənə utanaraq yaxınlaşırlar. Özlərini sanki mən tək qaldım deyə, günahkar hesab edirlər. Bunu hiss edirəm. Zərrə qədər kimsədə günah görmürəm, özüm tək qalmaq istədim.
Küsmədim, sadəcə o yaşda belə başa düşürdüm ki, kiminsə himayəsində qalsam, Azər Aydəmir olmayacam! 18 yaşda bunu dərk etdim. Özüm dedim ki, tək qalacam, həyata atıldım. Ona görə bir nəfərlə də əlaqə saxlamadım ki, onlar məni unutsunlar, mən də onları”.
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək









.jpg)















.jpg)
.jpg)






