Magazin1
Məşhur müğənni: "Əgər bir kişi yanımda olmaq istəyirsə..."
Bəstəkar-müğənni Murad Arif solo konsert öncəsi illərdir hit olan bəstəsi “Brilyantlar”ı bu dəfə özü oxuyub.
Publika.az xəbər verir ki, sənətçi sözügedən mahnını arabesk-oriental janrda təqdim edib və mahnı üçün kamera qarşısına da keçib.
“Mahnının ilk ifaçısı Nura Suri olub. 12-13 il öncə oxuyub. Hələ də sevilir, sağlam səslənir. Amma o mahnının bu mahnıdan bir fərqi var. O bir qadının münasibətidir. Deyir ki, əgər bir kişi yanımda olmaq istəyirsə, səxavətli olmalıdır, əlini cibinə atmalıdır, brilyantları başımdan tökməlidir. Bu isə sevgilisi üçün səxavətli olan kişinin mahnısıdır. Nuranın versiyası səxavətli kişiyə mesaj idi, bu isə ona cavabdır”, - deyə, Murad mahnısını xarakterizə edib.
Delee ləqəbli rejissor Cavid Oruclunun lentə aldığı klipdə Murad üç libasda kamera qarşısına keçib. Bir-birindən fərqli obrazlarda olan sənətçiyə klipdə mahnının ikonik ifaçısı Nura Suri də yoldaşlıq edib. Rəngarəng kadrlarla diqqətçəkən layihə üzərində 30-dan çox işçi heyəti çalışıb. Muradın fotolarını isə tanınmış fotoqraf Raj Steven ərsəyə gətirib.
Qeyd edək ki, mahnının söz və musiqisi Murad Arifə aiddir. Nura Suridən sonra sözügedən mahnının Xalq artisti Brilliant Dadaşova da ifa etmişdi.
Onu da bildirək ki, sənətçi 19 may tarixində Heydər Əliyev sarayında solo konsert verəcək. Gecədə mahnılarını ifa edən müğənnillərlə Muradın duetləri gözlənilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


