Magazin1
Əməkdar artist ailəsindən yazdı: "Hər kişi həyat yoldaşı olmağı bacara bilmir" - FOTO
Bu gün mənim üçün özəl günlərdən biridir. Çünki ömrümə ömür qatan, məni yenidən yaşamıma, həyatda dik durmağa qaytaran, hər anımda, hər addımımda mənə dəstək olan, uğuruma sevinib, kədərimə kədərlənən və qısacası mənim ömür-gün yoldaşımın doğum günüdür.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Televiziyasının solisti, əməkdar artisti Bəyimxanım Vəliyeva sosial mediada yazıb. Həyat yoldaşını doğum günü münasibətiylə təbrik edən sənətçi səmimi fotolarını bölüşüb:
"Rəbbim onu mənim qarşıma ömrümün elə bir dönəmində çıxartdı ki..... ömür boyu Tanrıma duaçıyam. Hər kəs evlənə bilir, hər kəs təmtəraqlı toy edə bilir, hər kəs ata ola bilir, hər kəs ər ola bilir, lakin dövrümüzdə çox acıyaraq deyəcəm ki, hər kəs, hər kişi həyat yoldaşı, ömür-gün yoldaşı olmağı bacara bilmir. Sən isə bunu çox gözəl bacardın həyatımın yoldaşı. Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, varımızsan. Səni çooox sevirik canımız Atamız. Allah səni bizim başımızdan heç zaman əksik etməsin inşəallah. Yeni yaşın sənə yeni-yeni uğur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin inşəallah
Bütün xanımlarımıza ailə xoşbəxtliyi arzulayıram, olmayanlara isə tezliklə xoşbəxt, gözəl ailə nəsib etsin uca Tanrım", - əməkdar artist paylaşımında qeyd edib.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO








.jpg)



























.jpg)

.jpg)