Magazin1
Üzel üsyan etdi: "Sevgi ilə bəslənən qadın idim"
"İmtahan" serialında canlandırdığı İnci rolu ilə məşhurlaşan aktrisa Üzel Kərimova keçmişdə etdiyi səhvlərindən söz açıb.
Publika.az xəbər verir ki, instaqramda yeni fotolarını paylaşan kino ulduzu daxili üsyanını izləyiciləri ilə bölüşüb və özünü sevməyi öyrənməyə başladığını vurğulayıb.
"Bilirəm... bir gün özümü, özümə elədiyim haqsızlılar səbəbi ilə bağışlamayacam.
Necə qıya bilmişəm özümə?! Necə tutduğum əllərimi buraxmışam?! Necə büdrəməyimə icazə vermişəm?! Qəlbim necə qırıla bilib?! Kim olub onu qıran?! Mənim üçün kim olub axı?! Özümü niyə hər kəsdən daha az sevmişəm?! Niyə özümə şans vermək yerinə, başqa həyatları dəyərləndirmişəm?! Nə olub məni kor edən?! Özümə niyə kar olmuşam?! Səssiz qışqırıqlarımı niyə eşitməmişəm?! Niyə keyimişəm?! Ruhu sevgi ilə bəslənən qadın idim mən, nəyə təslim olmuşam?!
Ən əsası.. ən əsası isə niyə bu qədər gec oyanmışam?! Bəlkə də, hələ heç oyanmamışam!", - aktrisa qeyd edib.
Qeyd edək ki, aktrisa 2018-ci ildə Talha Güneri adlı türk vətəndaşı ilə ailə qurub. Cütlük instaqramda bir-birini izləsə də, hesablarından birgə fotolarını siliblər, bundan başqa ayrıldığı iddia edilən aktrisa uzun müddətdir həyat yoldaşı ilə bağlı heç bir paylaşım etmir.
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...









.png)




























