Ağır qəzaya düşən Aytən Səfərovanın qabırğaları qırılıb - YENİLƏNDİ
Bizi izləyin

Magazin1

Ağır qəzaya düşən Aytən Səfərovanın qabırğaları qırılıb - YENİLƏNDİ

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var.

Publika.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Olay.az-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

“Səhhəti belə də. Qabırğaları qırılıb”.

***

Xəbər verdiyimiz kimi, aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, aparıcının həyat yoldaşı Nazim Piriyev Teleqraf.com-a açıqlamasında aparıcının hazırda xəstəxanada olduğunu deyib:

"Aytən xanım 1 saylı Şəhər Klinik Xəstəxanasındadır. Qəzada müxtəlif bədən xəsarətləri alıb. Hazırda müayinə olunur. Həkimlərdən cavab gözləyirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm