Magazin1
“Aygün Kazımova mənə qızım deyir” - VİDEO
"Aygün Kazımovanın Hissə, Hissin də Aygün Kazımovaya olan sevgisini hamı bilir. Biz dəfələrlə efirdə də bir-birimizə olan sevgini demişik. Bəzi insanlar var ki, zövq alır, intriqa ilə bəslənirlər. Bunlar da belə xəbər çıxaranlardır".
Publika.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Hiss "Zarafat bir yana" verilişində deyib. İfaçı "Best" adlı mahnısından və bunun ətrafında dolaşan söz-söhbətlərdən danışıb. Hiss Xalq artisti Aygün Kazımovanın hit olan "S.O.S" mahnısı ilə bağlı suallara belə reaksiya verib:
"İki artist tərəfindən belə cavab yoxdursa, deməli, belə deyil. Sadəcə, təsadüflə mahnılar eyni vaxtda onlayn oldu. Mən Aygün Kazımovanı çox sevirəm, o, mənə "qızım" deyir. Aygün Kazımova şou-biznesin atasıdır. Müqayisə yoxdu, hər kəsin öz yolu var. Aygün Kazımovanın öz janrı var. Adamın mənim yaşım qədər təcrübəsi və sənəti var".
Hiss mahnısı haqda "Bu mahnıda demək istəyirəm ki, bizim 2000-ci illərdə görüb böyüdüyümüz "bestlər" - Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan, Tünzalə Ağayeva, Niyaməddin Musayev, İlhamə Quliyevadır. Mahnının sözlərini onların diliylə oxumuşam" sözlərini əlavə edib.
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır
-
Sosial13:49Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi
-
Sosial12:33Pensiya alanlara şad xəbər!
-
Yaxın Şərq11:38Çıxılmaz vəziyyət: İranın gözlənilməz gedişi ABŞ-ın gizli planını alt-üst etdi
-
Dünya10:35Paşinyan xalqa Azərbaycanla bağlı çağırış etdi


















.jpg)

















