Magazin1
Məşhur supermodel tətildə olarkən qəfil vəfat etdi - FOTO
Məşhur britaniyalı supermodel Corcina Kuper qəfil dünyasını dəyişib.
Publika.az "Daily Mail"-ə istinadən bildirir ki, məşhur Yunanıstanda tətildə olarkən qəfil vəfat edib.
Mətbuatda yayılan məlumata görə, 46 yaşlı model əri ilə birlikdə oktyabr ayında Yunanıstana uçub. Cütlük yerli otellərdən birinə qeydiyyatdan keçib və istirahət etməyə başlayıblar. Lakin oktyabrın 21-də məşhur qəfildən xəstələnib.
Corcina xəstəxanaya yerləşdirilib, həkimlər qadına kömək etməyə çalışsalar da, vəziyyəti getdikcə pisləşib. Model helikopterlə Krit adasına, reanimasiya şöbəsinə aparılıb. Beş gün orada qalıb. Mütəxəssislər onun həyatı üçün mübarizə aparsalar da, Kuperi xilas edə bilməyiblər.
Modelin ölümünün dəqiq səbəbi açıqlanmır, lakin onun bir neçə ildir ki, COVID-19-dan əziyyət çəkdiyi məlumdur. Virus ulduzun sağlamlığına ciddi şəkildə təsir edib, buna görə də ondan sonra tez-tez xəstələnib. İnsayderlər bildirirlər ki, Corcinanın cənazəsi artıq Böyük Britaniyaya çatdırılıb və tezliklə orada dəfn olunacaq.
Murad
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı










.jpg)






















