Magazin1
Ağadadaş onu döyən mühafizəçini bağışlaya biləcəyini açıqladı: Bir şərtlə!
Qarşı tərəflə barışıb-barışmamağım onun davranış tərzinə bağlıdır. Həmin adam çıxıb hər kəsin gözü önündə üzr istəməli və Allahı başının üstündə görməlidir.
Publika.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Xalq artisti Ağadadaş Ağayev onu döyən mühafizəçi barəsində danışarkən deyib.
Müğənni bildirib ki, mühafizəçini sadəcə üzr istəyəcəyi halda bağışlaya bilər:
“Yalnız məndən deyil, baş verənlərə görə xalqımızdan da üzr istəməlidir. Ümumiyyətlə, məni aşağılayacaq nə yalan məlumat yayıbsa, hamısını etiraf etməlidir. Yaşadığımız rayonda bizim nəsilə hər kəs hörmət edib. Mənim Mirzə babam bəy olub. Bütün davalarda, hətta qan davaları baş verəndə də hamı babamın yanına gələrdi ki, tərəfləri barışdırsın. Allah bağışlayandır, mən kiməm ki? Həmin şəxs Allahı unutmayıb, doğruları danışsa, üzr istəsə, niyə də bağışlamayım? Hər şey ola bilər”.
Xatırladaq ki, bu il iyulun 23-də Binəqədi rayonu ərazisində xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi (Mühafizəçi “Vətən-N Mühafizə” MMC-nin işçisidir) Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Balta klinikada çalışan N.Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə xalq artistini döyüb.
Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir. İş üzrə zərərçəkən qismində “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.
Cinayət işi üzrə məhkəmə baxışı noyabrın 28-ə təyin edilib.
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 1 May 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm






.jpg)






.jpg)













.png)

.jpg)






