Dünya
ABŞ-dan İsrailə Türkiyə ilə bağlı xəbərdarlıq: “Səbrimiz tükənir”
İsrailin “Maariv” qəzeti Suriyaya endirilən zərbələrdən sonra Türkiyə ilə gərginliyin arta biləcəyini yazıb.
Publika.az xəbər verir ki, nəşrin məlumatına görə, ABŞ-ın İsrailə qarşı səbrinin tükənməsi fonunda bölgədəki vəziyyətə müdaxilə ehtimalı gündəmə gələ bilər.
ABŞ-ın Ankaradakı səfiri Tom Barrak İsrail ilə Türkiyə arasında birbaşa hərbi toqquşma ehtimalının aşağı olduğunu bildirib. Bununla belə, o, İsrailin Türkiyə sərhədinə yaxın əraziyə endirdiyi son hava zərbəsinin ciddi gərginliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Barrakın sözlərinə görə, Türkiyə İsrail təyyarələrinin uçuşu barədə əvvəlcədən məlumatlandırılmayıb. O, Türkiyənin qısa müddətdə öz təyyarələrini havaya qaldıra və bunun vəziyyəti tamamilə fərqli istiqamətə yönəldə biləcəyini vurğulayıb.
Nəşr yazıb ki, Barrak İsrailin Suriyadakı fəaliyyətlərinin dayandırılmasının vaxtının çatdığını bildirib. Vaşinqtonun Suriyada gərginliyin azaldılması ilə bağlı səbrinin tükəndiyi və müdaxilənin gündəmə gələ biləcəyi qeyd olunub.
Müəllif: Roza
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq




































