BDYPİ piyadalara çağırış etdi
Bizi izləyin

Sosial

BDYPİ piyadalara çağırış etdi

BDYPİ piyadalara çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir:

"Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm