Magazin1
“İllərlə ananın əziyyətini çəkəsən, amma dəfn edə bilməyəsən” - VİDEO
Aktrisa Sonaxanım Əliyeva efirdə kövrək anlar yaşayıb.
Publika.az xəbər verir ki, sənətçi “Elgizlə izlə” verilişində mərhum anasından danışıb.
“Ən dəhşətlisi odur ki, illərlə valideynin nazını çəkəsən, amma onunla vidalaşa bilməyəsən, dəfn edə bilməyəsən. Səndən xəbərsiz dəfn edələr… Sonuncu dəfə onu qucaqlayıb, qoxusunu duya bilməyəsən. Yuxuma da girirdi ki, görəsən, yeri rahatdırmı? Görəsən, onu necə dəfn etdilər? Hər şeyi şəriyyətə uyğunmu etdilər? Onun bir qızı var idi. Məsciddə halallıq suyunu mən tökməli idim. Amma ona da icazə vermədilər. Mən pəncərəmə göyərçin də qonanda elə bilirəm anamdır. Pişiklə danışıram, elə bilirəm anamdır. Onun 3 mərasimində evimin qapısında yaralı göyərçin gördüm. Mən bina evində yaşayıram. Düz, qapımın yanında idi. Yemək verdim yemədi, amma iki qaadından lələk qoyub getdi. Mən borcum idi, illərlə anamın əziyyətini çəkdim. İnsult keçirmişdi, onu ayağa qaldırdım. Həmişə anamı düşünmüşəm. Mənə yad bir insan zəng etdi ki, anan rəhmətə gedib. Onda artıq onu dəfn etmişdilər”.
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı
-
Ekologiya07:17Bu gün sulu qar yağacaq - PROQNOZ
-
Magazin106:16"Bəzi "əyrimçələr" ailəmi dağıtmağa çalışırlar"
-
ABŞ05:15Mask Daxili Gəlir Xidmətini görün necə İFLİC EDİB
-
İKT04:442025-ci ilin ən qeyri-adi ixtiraları









.jpg)








.jpg)







.jpg)








