Magazin1
Nuran bir anlıq keçmişə apardı - VİDEO
Ard-arda çıxardığı layihələri ilə gündəm olan gənc artist Nuran yeni işini təqdim edib.
Publika.az xəbər verir ki, ifaçı bu dəfə də dinləyicilərinə nostalji hisslər yaşatmaq qərarına gəlib. O, “Çağır məni” və “O bilər, mən bilərəm” hitlərindən sonra 1980-ci illərin mahnılardan olan “Neynim”ə yeni nəfəs verib.
Elvin Elxanın direktorluğu ilə həyata keçirilən layihə Bakıda ekranlaşdırılıb. Musa Musayevin ərsəyə gətirdiyi mahnıya bu dəfə də Soltan İbrahimov klip çəkib.
Nuranın vokal müəllimliyini müğənni Elçin Cəfərov öhdəsinə götürüb. Mahnının yeni tərzdə aranjimanı isə Dahinə (Nihad Məlikov) həvalə olunub. Hər zaman tərzi ilə diqqət çəkən sənətçinin klipdəki stili üzərində Sərvər Mehtiyev çalışıb. Nuran yeni layihəsi haqqında danışarkən bildirib ki, dinləyicilərinin bu ifasını da sevəcəklərinə inanır:
“Çalışıram ki, keçmişdə sevilən mahnılarımızı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işlərdən xəbərsiz neçə-neçə gənc var. Beləliklə mənim üçün keçmiş mahnıları “Z” nəslinə tanıtmaq bir vəzifəyə çevrildi. Ümid edirəm ki, bəyənəcəksiniz”.
Xatırladaq ki, sözügedən mahnının ilk ifaçısı Xalq artisti Niyaməddin Musayev olub.
-
Ekopublika.az07:15Ev almaq istəyənlər üçün vacib açıqlama - Bu tarixləri gözləyin!
-
Ekopublika.az03:43Azərbaycanda ən çox yeni iş yeri harada açılıb?
-
Qoroskop01:40Şanslı həftə: Bu bürcləri böyük maliyyə uğuru gözləyir
-
Kriminal17 Avqust 22:46Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl
-
Hadisə17 Avqust 21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə17 Avqust 20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT17 Avqust 20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat17 Avqust 18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır







.jpg)


.jpg)


























