Magazin1
Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.
Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Proses yanvarın 16-da davam edəcək.
Qeyd edək ki, xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir.
Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.
Həmçinin, "Medera Hospital" da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb.
Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib.
Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva Xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.
Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
-
Magazin121:36Dubaydan ev alıb, ora köçür
-
Region21:00Xamenei görün harada gizlənir
-
Magazin120:36Dua Llipa qısa şortda poza verdi - FOTO
-
Magazin119:48Təranədən Röya ilə bağlı QALMAQALLI AÇIQLAMALAR - VİDEO
-
Sosial19:24İlqar Mirzəyevin nəvəsi dünyaya gəldi - FOTO
-
Art18:12Aktrisa Məsumə Babayeva DÜNYASINI DƏYİŞDİ
-
Hadisə17:35Sosial şəbəkədə deputatları və icra başçılarını söydü, həbs olundu
-
Yaxın Şərq16:54ABŞ-ın kəşfiyyat təyyarəsi İran sahillərində

































