Magazin1
Türkiyənin məşhur filmində Azərbaycan mahnısı səsləndi
Türkiyədə uzun müddətdir gözlənilən "Gelin Takımı 2" filmi nümayişə çıxıb. Film yalnız aktyor heyəti ilə deyil, səsləndirilən musiqilərlə də tamaşaçıların diqqətini çəkib.
Publika.az xəbər verir ki, Türkiyənin tanınmış aktrisası və müğənnisi Ecem Erkek ilə gənc aktyor-müğənni Baran Bölükbaşı film üçün xüsusi olaraq Azərbaycanın məşhur "Yandırdın qəlbimi" mahnısını duet şəklində ifa ediblər.
Sənətçilərin çıxışı həm filmdə, həm də sosial şəbəkələrdə böyük maraq yaradıb. Sosial mediada yayılan görüntülər qısa zamanda on minlərlə baxış toplayıb və istifadəçilər dueti həm "səmimi", həm də "mədəniyyətlərarası gözəl bağ" kimi qiymətləndiriblər.
Qeyd edək ki, "Yandırdın qəlbimi" mahnısının sözləri və musiqisi görkəmli Azərbaycan bəstəkarı Novruz Feyzullayevə məxsusdur. Mahnının ilk ifaçılarından biri isə Azərbaycan musiqisinin unudulmaz səsi, Xalq artisti Rübabə Muradova olub.
(Musavat.com)
-
Avropa19:00Anadan türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...
-
Sosial17:42Əli Əsədov qərar imzaladı
-
Rəsmi xronika16:20İlham Əliyev fərman imzaladı
-
Region15:24Ermənistanda bu kəndlərdə məktəblər bağlanır, əvəzində avtobuslar olacaq
-
Nida Xəbər 15:18Azərbaycanda 2 yeni institut YARADILDI - RƏSMİ
-
İdman14:16Oktaqonların gözəlindən qaynar - FOTOLAR
-
İdman13:16Ronaldo və Messi yenidən üz-üzə: DÇ-2026-nın dörddəbir finalında qarşılaşa bilərlər
-
Hadisə13:09Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı



































.jpg)

