Magazin1
Azərbaycan beynəlxalq festivalda - FOTOLAR
Kiyevdəki “Ukrayna evi”ndə “Dünyanın rəngləri” adlı Beynəlxalq dil və mədəniyyət festivalı iştirakçılarının işlərindən ibarət sərgi-yarmarka keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan, Gürcüstan, Hindistan, Qırğızıstan, Moldova, Portuqaliya, Özbəkistan və Yaponiya təmsil olunub.
Beynəlxalq sərgidə Azərbaycan pavilyonunu təqdim edib. Burada birinci Avropa Oyunları, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli mətbəxi barədə məlumat verilib. Pavilyona gələnlərə “Azərbaycan-Ukrayna və Ukrayna-Azərbaycan danışıq lüğəti” paylanıb.
Azərbaycan pavilyonunu festivalın fəxri qonaqları – Gürcüstanın və Moldovanın bu ölkədəki səfirləri Mixeil Ukleba və İon Stevile, Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Fərid Babayev və başqaları da ziyarət ediblər.
Festivalda müxtəlif ölkələr üçün ənənəvi xalq sənəti nümunələri
nümayiş etdirilib, ustad dərsləri və müxtəlif xalqların milli
yeməklərinin dequstasiyası keçirilib.
Tədbirdən sonra “Ukrayna evi”nin konsert salonunda XIII beynəlxalq
dil və mədəniyyət festivalının Ukrayna finalçılarının təntənəli
surətdə mükafatlandırılması mərasimi və konsert olub.
Cəvahir
-
İdman20:36UEFA Konfrans Liqası: "Zirə" "Torpedo" ilə oyunda hesabı açdı - YENİLƏNİR
-
Nəqliyyat20:23Yolun ortasında avtobusu saxladı, sükan arxasında siqaret çəkdi - VİDEO
-
Sosial19:36Sabah Biləsuvarın bir hissəsi qazsız qalacaq
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO















.jpg)


















